Yuxarı

Ölkəyə 33 trilyon dollar vəsaiti idarə edən investorlar gəlib

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ölkəyə 33 trilyon dollar vəsaiti idarə edən investorlar gəlib

Azərbaycana 33 trilyon ABŞ dollarından çox vəsaiti idarə edən investorlar gəlib.

Axar.az Report-a istinadla xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bura dünyanın hər yerindən 33 trilyon dollardan çox vəsaiti idarə edən investorlar gəliblər: "Təbii ki, onlar Azərbaycana investisiya yatırmaq üçün bütün mümkün variantları nəzərdən keçirirlər. Ümid edirik ki, belə bir forumun nəticəsində real layihələr meydana çıxacaq və investisiyalar olacaq".

O qeyd edib ki, forum çərçivəsində artıq 10 milyard dollardan çox potensial investisiya üzrə sənədlər imzalanıb: "Eyni zamanda, xüsusilə rəqəmsallaşma və transformasiya sahəsində daha böyük layihələr üçün müəyyən ilkin şərtlər də yaradılıb. Azərbaycanın üstünlüyü də məhz bundan ibarətdir ki, bizdə çoxlu və ucuz, gələcəkdə isə potensial olaraq yaşıl enerji var. Bu gün cənab Prezident də açıqlayıb ki, Azərbaycanda bərpa olunan elektrik enerjisi sahəsində enerji potensialı çox böyükdür".

Tarix
2026.09.26 / 12:48
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 il və daha uzun müddətə bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

Ukraynalı nazir İlham Əliyevə təşəkkür etdi

Hakan Fidan Ceyhun Bayramovla görüşdü

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Paşinyan sülh sazişini gecikdirsə... - Rusiyadan baxış

Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi

Bayramov Ankarada mühüm iclasda çıxış etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla