Yuxarı

Şəhərlərimizin əksəriyyətinin 20 illik inkişaf planı hazırdır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şəhərlərimizin əksəriyyətinin 20 illik inkişaf planı hazırdır

Azərbaycanda şəhərlərin əksəriyyətinin 20 illik inkişaf planı artıq hazırdır.

Axar.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) bildirib.

Onun sözlərinə görə, Azərbaycan mühüm transformasiya mərhələsindən keçir:

"Şəhərsalmaya yanaşmamız strateji ərazi planlaşdırılmasına, müasir infrastruktura, davamlı inkişafa və daha proqnozlaşdırıla bilən inkişaf mühitinin yaradılmasına əsaslanır. Şəhər transformasiyası baxışla başlayır, lakin baş planlar vasitəsilə reallığa çevrilir. Biz baş planlaşdırmaya sadəcə tənzimləyici alət kimi deyil, mənzil, infrastruktur, mobillik, iqtisadi fəaliyyət, ətraf mühit və həyat keyfiyyətini bir araya gətirən çərçivə kimi baxırıq".

A.Quliyev vurğulayıb ki, 2018-ci ildən etibarən Azərbaycan davamlı və dayanıqlı şəhərlərin təşviqi məqsədilə məkan planlaşdırılmasında müasir prinsipləri tətbiq edir:

"Bu gün Azərbaycanın 79 şəhərindən 68-nin təsdiq olunmuş 20 illik baş planı var, qalan şəhərlərin baş planları isə hazırda təsdiqlənmə prosesindədir. Bu səylər təcrübəli beynəlxalq şəhərsalma mütəxəssislərinin cəlb edilməsi ilə həyata keçirilib ki, bu da qlobal qabaqcıl təcrübələrə və innovativ planlaşdırma yanaşmalarına uyğunluğu təmin edir. Bu o deməkdir ki, şəhərlərimizin əksəriyyəti artıq öz inkişafı üçün uzunmüddətli baxışa, davamlı və insanyönümlü şəhər mühiti yaratmaq üçün çərçivəyə malikdir. Bu da onların uzunmüddətli inkişafı və investisiya potensialı ilə bağlı daha böyük aydınlıq yaradır. Biz həmçinin şəhərsalmanın davamlılıq və texnoloji aspektlərinə xüsusi diqqət yetiririk. Yaşıl tikinti prinsipləri, enerji səmərəliliyi, dayanıqlı infrastruktur, rəqəmsal icazələr və tikinti sektorunun rəqəmsallaşdırılması inkişaf mühitimizin getdikcə daha vacib elementlərinə çevrilir".

Tarix
2026.09.26 / 12:40
Müəllif
Axar.az
Digər xəbərlər

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla