Yuxarı

Amreyev səfər öncəsi Ərdoğana niyə zəng etdi?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Amreyev səfər öncəsi Ərdoğana niyə zəng etdi?

Bağdad Amreyev Türkmənistana səfər öncəsi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışıb. Ehtimal ki, telefon danışığı zamanı Ərdoğan Amreyevlə Türkmənistanın TDƏŞ-ə üzv olması imkanları ilə bağlı fikir mübadiləsi aparıb. Ankara Aşqabadın təşkilata daxil olmasında maraqlıdır.

Bu sözləri Axar.az-a politoloq Teymur Qasımlı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) baş katibi Bağdad Amreyevin Türkmənistana baş tutan səfərini şərh edərkən deyib.

O bildirib ki, Sovet İttifaqı dağıldıqdan sonra Türkmənistan digər türk dövlətlərinə nəzərən fərqli bir yol seçdi:

“Rəsmi Aşqabad uzun müddət heç bir hərbi ittifaqa üzv olmayaraq bitərəf mövqeyini qorumağa üstünlük verdi. Bu ölkə hətta türk ölkələrinin iştirak etdiyi təşkilatlarda belə yer almadı. Lakin bu gün beynəlxalq vəziyyət sürətlə dəyişir və bunu Türkmənistan da anlayır.

Son illər bu ölkənin xarici siyasətdə əvvəlki illərə nisbətən daha istəkli olması müşahidə edilir. Amreyev də Türkmənistanın TDƏŞ-ə üzv olması imkanlarını müzakirə edəcək. Düşünmürəm ki, bu tezlikdə Türkmənistan TDƏŞ-ə üzv olsun. Ancaq ilkin mərhələdə rəsmi Aşqabadın təşkilata müşahidəçi qismində qatılması mümkündür”.

Tarix
2021.07.02 / 09:00
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Əliyevin Ermənistanı deyil, avropalıları tənqid etməsi...

Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb - Mustafayev

Leyla Əliyeva Raffaella Petrini ilə görüşdü

Pakistanda zorlanan azərbaycanlı qızla bağlı şok faktlar - Foto

Müharibəyə baxmayaraq, İranın Azərbaycanla... - Fərzanə Sadiq

Slovakiyanın müdafiə naziri Azərbaycana gəldi

Şahin Mustafayev Məsud Pezeşkianla görüşdü

Azərbaycan və Belarus hərbi əməkdaşlığı müzakirə etdi

Türkiyə MN Naxçıvandakı təlimdən video yaydı

Avropa Komissiyasının rəsmiləri Naxçıvanda - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla