Yuxarı

MM spikeri AKP-çilərlə görüşdü - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 26-da Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini Numan Qurtulmuşun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Axar.az-a bildirilib ki, parlamentin sədri qonaqları səmimi salamlayaraq, Azərbaycanla Türkiyənin dost və qardaş ölkələr olduğunu vurğulayıb. Sahibə Qafarova deyib ki, xalqlarımız öz tarixlərinin ən çətin dönəmlərində bir-birilərinə həmişə dəstək nümayiş etdiriblər. Onun sözlərinə görə, Azərbaycan və Türkiyə arasında dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətləri ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi, “bir millət, iki dövlət” fəlsəfəsinə əsaslanır.

Görüşdə Sahibə Qafarova söyləyib ki, tarixi dostluq, strateji tərəfdaşlıq əsasında qurulan əlaqələrimiz bu gün yüksələn xətlə inkişaf etməkdədir. Dövlət başçıları arasında mövcud olan yüksək səviyyəli münasibətlər, mütəmadi təmaslar əlaqələrimizin daha da genişlənməsinə və inkişafına xidmət edir. Azərbaycan Prezidentinin müxtəlif beynəlxalq tədbirlərdə qardaş ölkəyə həmişə birmənalı dəstək verməsi, Vətən müharibəsi dönəmində Türkiyə dövlətinin və onun Prezidentinin ölkəmizə göstərdiyi mənəvi və siyasi dəstək bunun bariz sübutudur.

Spiker daha sonra hər iki ölkənin hakim partiyaları – YAP və AKP arasında münasibətlərə toxunaraq deyib ki, Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası arasında əlaqələr ölkələrimiz arasında münasibətlərin inkişafına da əsaslı töhfələr verir.

Sahibə Qafarova Azərbaycanın və Türkiyənin qanunvericilik orqanları arasında da əlaqələrin daim inkişaf etdiyini vurğulayaraq, Milli Məclisin fəaliyyəti, ölkəmizdə yeni siyasi konfiqurasiyada parlamentdə həyata keçirilən islahatlar barədə qonaqlara ətraflı məlumat verib.

Səmimi qəbul üçün minnətdarlığını bildirən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini Numan Qurtulmuş ölkəmizə səfərlərindən və burada keçirilən görüşlərdən məmnun qaldıqlarını söyləyib. Qonaq 44 günlük Vətən müharibəsi dönəmində Azərbaycanın qazandığı tarixi Zəfər münasibətilə təbriklərini çatdırıb. Bildirilib ki, 30 il ərzində erməni işğalına göz yuman beynəlxalq qurumlar problemin həlli istiqamətində konkret addımlar atmayıb. Azərbaycan öz gücü ilə torpaqlarını Ermənistanın işğalından azad edib. Bu Zəfər təkcə azərbaycanlıları deyil, onların türkiyəli dostlarını da qəlbən sevindirib.

Qonaq təmsil etdiyi partiyanın YAP-la əlaqələrindən söz açaraq tərəflərin birgə həyata keçirdikləri layihələrdən danışıb.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da danışılıb.

Tarix
2021.07.26 / 22:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla