Yuxarı

Ombudsman AŞPA rəsmilərinə erməni cinayətlərindən danışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin nümayəndə heyətinin üzvləri ilə görüşüb.

Ombudsman Aparatının mətbuat xidmətindən Axar.az-a bildirilib ki, görüşdə “Ermənistan və Azərbaycan arasında münaqişənin humanitar nəticələri mövzusu” üzrə məruzəçi Pol Qavan, Komitə Katibliyinin rəhbəri Mark Nevil və Avropa Şurasının Bakı ofisinin nümayəndəsi Kirilo Boiçeniuk iştirak ediblər.

Ombudsman Səbinə Əliyeva qonaqlara Vətən müharibəsinin gedişində və müharibədən sonrakı dövrdə beynəlxalq humanitar hüquq və insan hüquqları pozuntularının araşdırılması ilə bağlı həyata keçirilmiş fəaliyyət barədə geniş məlumat verib. 44 günlük müharibə dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki yaşayış məntəqələrinə qadağan olunmuş silahlardan hücum edilməsinə dair faktoloji materiallar təqdimat zamanı qonaqların diqqətinə çatdırılıb. Qeyd olunub ki, həmin hücumlar nəticəsində dağıdılan yaşayış məntəqələrində aparılmış araşdırmaların nəticəsi olaraq, humanitar hüququn pozulmasına dair sübutlara əsaslanan xüsusi hesabatlar hazırlanıb və aidiyyəti beynəlxalq insan hüquqları qurumlarına göndərilib. Bildirilib ki, həmin hesabatlarda müharibə dövründə həlak olan və yaralanan mülki şəxslər, o cümlədən müharibənin qurbanına çevrilmiş uşaqlar, tamamilə və ya qismən dağıdılan tarixi və mədəni abidələr barədə məlumatlar, habelə Ermənistan tərəfindən azərbaycanlı hərbi əsir və girovlara qarşı işgəncə və pis rəftar hallarına dair faktlar əks olunub.

Bununla yanaşı, ombudsman azad olunan ərazilərdə işğal dövründə Ermənistan tərəfindən basdırılan tank və piyada əleyhinə minalar haqqında hazırlanmış hesabat barədə məlumat verərək, minaların regionda həyatın yenidən bərpa olunmasına ciddi maneə yaratdığını, eyni zamanda, sülhü təhdid etdiyini qonaqların diqqətinə çatdırıb.

Görüş zamanı ombudsman təsisatının hazırladığı, Ermənistan tərəfindən azərbaycanlılara qarşı uzun illər aparılmış nifrət siyasətini və nifrət nitqini əks etdirən videoçarx da nümayiş etdirilib. Yekunda ombudsman regionda sülh şəraitində birgəyaşayışın təmin edilməsinin vacibliyini vurğulayıb.

AŞPA-dan olan nümayəndə heyətinin üzvləri münaqişənin səbəb olduğu insan hüquqlarının pozulması halları və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Ombudsman AŞPA nümayəndələrinin səfər çərçivəsində həyata keçirdikləri araşdırmalar nəticəsində əldə edilən məlumatlar əsasında ədalətli qiymətləndirmə aparacaqlarına ümidvar olduğunu ifadə edib. Görüşdə qonaqların sualları ətraflı cavablandırılıb, onlara sözügedən hesabatlar və bəyanatlar təqdim edilib.

Tarix
2021.07.27 / 22:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla