Axar.az
Yuxarı

Kuznetsov Kəlbəcər təxribatının sensasion detallarını açıqladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müasir Ermənistan respublikasının yaranma səbəbi “miatsum” ideyasını, yəni Qafqazın bütün ermənilərinin vahid bir dövlətdə birləşməsi fikrini həyata keçirmək olub. Əgər bu ölkənin Konstitusiyasına baxsaq, görərik ki, Ermənistanın mövcudluğunun məqsədlərindən biri dövlət suverenliyi haqqında Bəyannamənin həyata keçirilməsidir. 90-cı ildə qəbul olunmuş həmin Bəyannaməsinin özündə isə deyilir ki, əsas məqsəd Ermənistan SSR-nin Dağlıq Qarabağla birləşməsidir. Beləliklə, aydın olur ki, “miatsum” ideyası müasir Ermənistan dövlətinin hüquqi ideologiyasıdır.

Bu barədə Axar.az-a açıqlamasında rusiyalı hərbi ekspert, tanınmış tarixçi Oleq Kuznetsov bildirib.

Onun sözlərinə görə, bu ideologiyadan imtina Konstitusiyanı dəyişmək, bu ölkənin müstəqilliyi haqqında Bəyannaməni ləğv etmək zərurətinə səbəb olacaq və ümumiyyətlə, hazırda mövcud olduğu siyasi-hüquqi sənədləırdə Ermənistanın mövcudluğunun mənasını sual altına qoyur.

“Ona görə də anlamaq lazımdır ki, Ermənistan Qarabağı işğal etmək üçün istənilən imkandan yapışacaq. Bu günlərdə Kəlbəcərdə baş verənlər əslində bu dövlətin mövcud olduğu siyasi-hüquqi cəhdlərin əsaslı nəticəsidir.

Başa düşməliyik ki, ermənilər “miatsum” ideyasından imtina etməyəcəklər. Ən azı o vaxta qədər ki, bu ölkənin Konstitusiya sənədləri dəyişdiriləcək.

Bu gün Ermənistanda tam Konstitusiya islahatından və dövlət mülkiyyətinin əsasında duran bütün sənədlərin yenidən yazılmasından danışmaq lazımdır. Müasir erməni qanunvericiliyi baxımından “miatsum” ideyasından imtina anti-konstitusion sayılır və deməli, bu bir cinayət aktı kimi görünür. Demək ki, hər hansı bir erməni siyasətçinin bu gün ayağa durub “Ermənistan və Qarabağ bir deyil”, “Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir” deməsi elə onun siyasi intiharı hesab olunacaq”, – deyə müsahibimiz bildirib.

Kəlbəcər təxribat üçün təsadüfən seçilməyib

Kuznetsovun sözlərinə görə, bu, kiçik kəşfiyyat-diversiya qruplarının bu cür təxribatları asanlıqla həyata keçirməsinə imkan verən ərazinin xarakteri ilə izah olunur:

“Bir də qeyd etmək lazımdır ki, landşaftın dağ-meşəlik xarakteri hətta taktiki qrupların nəzdində fəaliyyət göstərən kifayət qədər iri birləşmələrin gizlədilməsinə imkan verir. Bu, kifayət qədər ciddi formatlı və irimiqyaslı döyüşlər aparmağı, iri kalibrli pulemyot və ya minaatanlardan istifadəni asanlaşdırır. Kəlbəcərin lanqşaftı həmçinin ağır atıcı silahlardan istifadə edən qrupların cəlb olunmasına imkan verir ki, bu da ümumqoşun döyüşünün effektini yaradır. Amma bu tip kəşfiyyat-diversiya qruplarının məhv edilməsi də cətin deyil. Onlar hərbi zirehli texnika, döyüş helikopteri və yaxud dronlar istifadə edilməklə məhv edilir.

Ermənilərin əsas məqsədi - təxribat törədərək, güclü informativ rezonans doğurmaq və nəticədə öz çirkin təbliğatlarını davam etdirməkdir.

Kəlbəcərdə baş verənlər sırf hərbi məqsəd daşımır (bu və ya digər strateji nöqtənin ələ keçirilməsi və ya məhv edilməsi – red.). Bu, daha çox siyasi kontekst yüklü bir provokasiyadır.

Bu təxribatın məhz Ermənistan müdafiə nazirinin rusiyalı həmkarı ilə görüşdüyü ərəfədə baş tutması xüsusi maraq doğurur. Məqsəd isə aydındır - bu və ya digər qərarların verilməsində Rusiya tərəddüd etsin, vaxt udulsun. Bu taktika Rusiya sülhməramlılarının Ermənistana tərəf cəlb edilməsi məqsədini də güdür. Ermənistan silahlı qüvvələrinin generalitetinin əsas planı - Azərbaycan mövqeyinə zərbə vurmaq və dərhal Rusiya sülhməramlılarının arxasında gizlənməkdən ibarətdir. Onlar bu taktikaya davam edəcəklər. Ona görə ki, Ermənistanın hər hansı irimiqyaslı hərbi əməliyyat aparmaq üçün gücü yoxdur.

Düşünürəm ki, əgər analoji təxribatlar davam edərsə və həqiqətən də ağır mövqe döyüşləri başlanarsa, Azərbaycan Ordusu hücuma keçəcək və Rusiya sülhməramlılarının orada olması faktına baxmayaraq, Ermənistanın taleyi qəti şəkildə öz həllini tapacaq”.

Tarix
2021.07.29 / 11:36
Müəllif
Əli Məmmədov
Şərhlər
Digər xəbərlər

Türkiyə ilə əlaqə qurmağa hazırıq – İrəvan

AŞPA-ya göndərilən “talış hesabat”ında düşmən təsirləri

Azərbaycan qırıcıları İstanbul səmasında... - Video

Xüsusi təyinatlılarımız Şuşaya bu yolla girib - Video

İrəvanda qisasçıların vəzifəsi: Bakı ilə Moskvanı…

Dəhlizlərin açılması müzakirə edilmir - Overçuk

Rus gəmiləri Bakı limanını tərk etdi

Aİ İrəvanla bağlı qəti addım atmalıdır – Elşən Məcidov

İrəvanda KQB uşaqları hədələyir… - Gevorq Teryan

İran "Azərbaycan legionu"na Bakıya hücum əmri verdi

KULT
<>
Xəbər xətti
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla