Yuxarı

Eldəniz Səlimov nələr edib? Baş prokurorun şok eyhamı...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş prokuror Kamran Əliyevin bu gün Milli Məclisdə Eldəniz Səlimovun deputat toxunulmazlığının ləğvi ilə bağlı təqdimatında maraqlı məqamlara toxunub.

Axar.az xəbər verir ki, xüsusilə Kamran Əliyev millət vəkili Tahir Kərimlinin çıxışına cavabında üstüörtülü bir mesaj verib.

Tahir Kərimli, “Niyə polis gedib öz rəhbərinə məlumat verməlidi? Deməli, polisin yiyəsi var, ancaq deputatın yiyəsi yoxdur. İndi biz neyləyək, rayonlara gedəndə polis bizə hərbi salam verirdi, indi bizmi onlara verək? Hər gün bizə polis orqanlarından dəfələrlə şikayətlər gəlir. Mən bilirəm ki, Eldəniz Səlimov mənə heç nə edə bilməz. Amma digər rəsmi qurumlar haqqımda axtarıb nəsə tapa bilər. Hərəmizi bir adla götürüb deputat səlahiyyətindən məhrum edək. Onda camaat da düz deyir ki, parlamenti buraxaq", - deyə deputat toxunulmazlığının ləğvinə qarşı bir mövqe ortaya qoymuşdu.

Kamran Əliyev isə Tahir Kərimliyə məsələnin fərqli olduğu haqda eyham vurmaqla, problein ciddiliyinə aydınlıq gətirməyə çalışdı:

“Tahir müəllimin yanaşmasının əleyhinəyəm. Biz də başa düşürük ki, hadisənin təfərrüatı var. Ancaq məsələ xırda hal olsaydı, İntizam Komissiyasında baxılardı. Siz sonradan tanış olanda biləcəksiniz, biz tamamilə başqa hadisə ilə də qarşılaşmışıq. Bu, başqa müstəvidə olan hadisələrdir”.

Baş prokurorun “biz tamamilə başqa hadisə ilə də qarşılaşmışıq” sözüləri artıq Eldəniz Səlimovun yalnız döyməklə kifayətlənmədiyi haqda düşünməyə əsas verir.

Xüsusilə bildirək ki, Kamran Əliyevin baş verən hadisənin araşdırılmasından dərhal sonra fakt üzrə CM-in 309.2-ci maddəsi ilə cinayət işinin açılmasının zəruriliyi barədə qərarı da olduqca ciddi məsələdir.

Maddə 309. Vəzifə səlahiyyətlərini aşma

309.1. Vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda —

iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə , əmlakı müsadirə olunmaqla üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

309.2. Bu Məcəllənin 309.1-ci maddəsində nəzərdə tutulmuş əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olduqda —

üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Spiker Sahibə Qafqarovanın 10 dəqiqəlik səs yazısı ilə bağlı açıqlaması, eyni zamanda Baş prokuror Kamran Əliyevin "Siz sonradan tanış olanda biləcəksiniz, biz tamamilə başqa hadisə ilə də qarşılaşmışıq" eyhamı Eldəniz Səlimovun cəmiyyətə bəlli olandan daha dəhşətli əmələ yol verdiyini təsdiqləyən faktlardır.

CM-in 309.2-ci maddəsi də kifayət qədər ağır maddədir və E.Səlimovun əmlakı da müsadirə oluna bilər.

Tarix
2021.08.03 / 14:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla