Yuxarı

Prezidentə necə e-mail yazmaq olar?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında neqativ halların aradan qaldırılması üçün sahibkarlara səslənərək birbaşa onun özünə müraciət edilməsini istəyib.

Axar.az-ın məlumatına görə, Prezident qeyd edib ki, xoşagəlməz hallar baş verən zaman sahibkarlar birbaşa ona e-mail vasitəsilə, məktub yazmaqla müraciət edə bilərlər:

"Bax, bu gün mən bütün aidiyyəti qurumlara və eyni zamanda, sahibkarlara göstəriş verirəm. Mənə məlumat versinlər, qorxmasınlar, siqnal versinlər, məktub yazsınlar, e-mailə yazsınlar. Əgər belə hallar varsa, o xoşagəlməz işlərlə məşğul olan dərhal öz cəzasını alacaq".

Məlumat üçün qeyd edək ki, Prezidentin rəsmi internet saytına (prezident.az) daxil olub, ana səhifədə "Prezidentə məktub yazmaq" bölməsini tıklamaqla, çox asanlıqla məktub göndərmək mümkündür. Məktub qısa, yığcam və lakonik olmalı, 1500 işarəni aşmamalıdır. Bütün bu qaydalarla bağlı prezident.az saytının sözügedən bölməsində ətraflı məlumat verilir və məktub göndərilmə mərhələsi izlənilir. Şikayətçiyə sadəcə göstərilən o qaydalara əməl etmək qalır.

Tarix
2015.07.14 / 16:55
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Səttar Möhbalıyev vəzifədən gedərkən nə istəyib?

UNFCCC-nin texniki missiyası COP29-a görə Bakıda - Foto

Mehriban Əliyevadan Zəkiyevlə bağlı paylaşım

Bu fikirlər qurumun rəsmi mövqeyi sayılmamalıdır - Hüseynova

COP29-a hazırlıq nə yerdədir? - Nazir müavini

Azərbaycan XİN Braziliyanı təbrik etdi

Ağardan Zəngəzur açıqlaması: İranın qorxusu...

İlham Əliyev 2 fərman imzaladı

Hərbçilərə verilən kreditlərə maliyyə dəstəyi göstəriləcək

İrandan Zəngəzur dəhlizinə qarşı növbəti bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla