Yuxarı

Polisin mülki geyimdə reyd keçirməsinin səbəbi - Deputat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Polisin mülki geyimdə reyd keçirməsinin səbəbi - Deputat

Birmənalı olaraq anlamaq lazımdır ki, karantin qaydalarına hər kəs qeyd-şərtsiz riayət etməlidir. Təəssüf ki, bəzi vətəndaşlar polis görən zaman karantin qaydalarına riayət edir, maska taxır. Polis olmadıqda və ya uzaqlaşdıqda dərhal maskanı endirir. Tibbi maska polislərin gözündən pərdə asmaq üçündür, yoxsa sağlamlığımızı qorumaq üçün?

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib.

Deputat bildirib ki, polisin mülki geyimdə vətəndaşlar arasında reydlər keçirməsi onların sağlamlığını qorumaq məqsədi daşıyır:

“Karantin qaydalarına riayət etməyən şəxslər digər insanlar üçün də potensial təhlükə mənbəyidir. Çünki onların uşaqca və məsuliyyətsiz hərəkətləri nəticədə qarşısıalınmaz problemlərin yaranmasına gətirib çıxarır.

Polisin mülki geyimdə vətəndaşlar arasında reydlər keçirməsinin məqsədi heç də onları cərimələmək deyil. Əksinə, bu yolla insanların məsuliyyətinin artmasına çalışılır. Diqqət etsəniz, normalda heç bir vətəndaş digərinə maska ilə bağlı irad bildirə bilmir. Lakin mülki geyimdə polislər belə bir irad bildirir. Bu, həm də gələcəkdə vətəndaşların öz-özünü tənzimləmə vərdişinə yiyələnməsinə gətirib çıxara bilər”.

Tarix
2021.08.27 / 09:15
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Bu, tariximizin korlanmasıdır, yoxsa? - Foto

Simonyan dostunun model qızı ilə evləndi - Video

Bu təqaüd 100 manata qaldırıla bilər

Zelenski Azərbaycan əsilli prokuroru təltif etdi

Vətəndaşları bu adla aldadan şəxs həbs edildi

Bakı ilə Astananın bağlılığının ən bariz nümunəsi budur

Goranboydakı yanğın: bu iddialar əsassızdır - “Avronyus”

Ermənistana 977 ton dizel yanacağı göndərildi

Həbsdəki ermənilər Quran oxumağa məcbur edilib?

Paşinyanın Kərki haqda “erməni budaq cümləsi” nədir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla