Yuxarı

Qarabağ müzakirəsi: Çeçen ermənini belə susdurdu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qarabağ müzakirəsi: Çeçen ermənini belə susdurdu

Məşhur çeçen bloger Tumso Abdurahmanov tanınmış erməni ictimai fəal Aleksandr Aleksanyanı Qarabağın mənsubiyyəti mövzusunda faktlarla susdurub.

Axar.az xəbər verir ki, Abdurahmanov Teleqram kanalındakı canlı söhbət zamanı Aleksanyanı Qarabağın mənsubiyyəti mövzusunda diskussiyaya çağırıb.

Aleksanyan bildirib ki, Qarabağ xalqı Ermənistana qoşulmaq istəyini bəyan edib. Referendum keçirib.

Çeçen bloger onun sözünü kəsib:

"Saxla! Saxla! “Qarabağ xalqı” nədir? Belə bir anlayış yoxdur! Sən bu sözü deyəndə Qarabağda yaşayan azərbaycanlıları nəzərdə tutursan? O azərbaycanlıları ki, ermənilər onları öz doğma torpaqlarından qovub, etnik təmizləmə aparıb. Qarabağ ermənilərinin Ermənistana qoşulmaq istəyinə gəlincə, onlar bunu asanlıqla edə bilərdilər. Ermənistana qoşulmaq istəyən Ermənistana gedər. Başqasının torpağını niyə götürürsüz?"
Aleksanyan: Sən nəzərdə tutursan ki, o vaxt Qarabağda yaşayan ermənilərin 90%-i Ermənistana getməli, azərbaycanlıların isə 10%-i Qarabağda qalmalı idi?

Abdurrahmanov: Tamamilə doğrudur. Yalnız 10% deyil, daha çox. Sən, deyəsən, bir milyon azərbaycanlı qaçqını unutmusan. 90% haqqında bizə nağıl söyləmə!

Tarix
2021.09.07 / 09:08
Müəllif
Əli Məmmədov
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla