Yuxarı

Qarabağda “Qırğız kəndi”, “Qazax kəndi” yaradılarsa...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) iqtisadiyyat nazirlərinin 10-cu görüşü keçirilib. Sözügedən görüş müzakirə edilən mövzular və məkan baxımından tarixi əhəmiyyət kəsb edir. Çünki burada Azərbaycanın işğaldan azad olunan ərazilərinin bərpası da müzakirə edilib.

Bunu Axar.az-a açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin Türk dünyası iqtisad fakültəsinin (TUDİFAK) dekanı, professor Məhməd Yüce deyib.

Onun sözlərinə görə, TTƏŞ iqtisadiyyat nazirlərinin toplantısında Qarabağın bərpası ilə bağlı biznes forumun keçirilməsini Azərbaycanın Qarabağ zəfərini öz qardaş dövlətləri ilə birlikdə yenidən dünyaya elan etməsi kimi qəbul etmək olar:

“Görüş çərçivəsində Azərbaycanın işğaldan qurtarılan Qarabağ bölgəsinin yenidən bərpasına və inkişaf etdirilməsinə həsr olunan forum da keçirilib. Fikrimcə, bu forum həm iqtisadi, həm də siyasi baxımdan böyük əhəmiyyət kəsb edir. Forum 44 günlük savaşdan sonra əldə olunan Qarabağ zəfərinin türk dünyası tərəfindən yenidən dünyaya elan edilməsi və təsdiqi mənasını daşıyır, eyni zamanda, bölgənin yenidən dirçəldilməsi yolunda bütün qardaş dövlətlərimiz üçün tarixi bir fürsətdir. Əgər fürsətdən yaxşı istifadə edilsə, Qarabağda yaxın gələcəkdə ediləcək əməkdaşlıq türk dünyasında yeni fürsətlərin ortaya çıxmasına səbəb olacaq”.
Alim Qarabağda ortaq əməkdaşlıq yolu ilə yaxın gələcəkdə görülməsi mümkün olan işləri aşağıdakı kimi sıralayıb:

“Elə düşünürəm ki, Qarabağ bölgəsi turizm və təhsil mərkəzi halına gətirilə bilər. Burada qardaş dövlətlərin də dəstəyi və iştirakı ilə türk dünyası mədəniyyətini özündə əks etdirən turizm məkanları qurula bilər. Məsələn, “Qırğız kəndi”, “Qazax kəndi”, “Türkmən kəndi” adı altında turizm zonaları təşkil edilə bilər. Bununla yanaşı, bölgəyə daha çox diqqətin cəlb edilməsi üçün öncədən müəyyən edilən tarixlərdə hər il idman yarışları keçirilə bilər. Digər tərəfdən bütün türk dövlətləri burada yeni və müasir Türk Dünyası Universitetini quraraq bölgəni təhsil mərkəzi halına gətirə bilərlər. Beləcə fərqli ölkələrdən gələn tələbələr burada qaynayıb qarışacaqlar. Nəticədə bu, ölkələrimiz arasında qardaşlığın daha da möhkəmlənməsinə xidmət edəcək. Universitetdə təşkil ediləcək konfranslar isə buranı akademik bir mərkəzə çevirə bilər.

Eyni zamanda bölgədə kənd təsərrüfatı məhsullarının istehsalı üçün münbit şərait var. Bunun üçün müştərək heyvandarlıq və əkinçilik müəssisələri qurula bilər”.

Tarix
2021.09.11 / 09:00
Müəllif
Söhrab İsmayıl
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla