Yuxarı

Petrosyan həyəcanlandı: Tiqran yalanı ifşa olunur

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Petrosyan həyəcanlandı: Tiqran yalanı ifşa olunur

Erməni arxeoloqları Ağdamın Şahbulaq (ermənilər Tiqranakert deyir) kəndinin işğaldan azad edilməsindən sonra Ermənistanın "qədim" tarixi haqqında “qədim” yalanlarının dağılmasından ehtiyat edirlər.

Axar.az xəbər verir ki, Şahbulaq kəndində həqiqətən qədim qala var və ermənilər tarix kitablarının hamısında guya bunun qədim "erməni qalası" olduğunu bildirir və bunu Böyük Tiqranın özü üçün tikdiyi saray kimi təqdim edirlər. İşğal olunmuş 30 il ərzində erməni arxeoloqları yəqin ki, bu tarixi kompleksi “erməniləşdirməyə” də macal tapıblar.

Əslində, elmi ədəbiyyatda "Şahbulaq qəsri" kimi tanınan bu abidə 1751-1752-ci illərdə Qarabağ xanlığının banisi Pənahəli xan tərəfindən tikilmiş iri Qala kompleksinin daxili qəsri olmuşdur.

İndi erməni arxeoloqları və alimləri bu qaladakı “işlərinin” ifşa olunacağından ciddi narahat olublar.

Məşhur erməni arxeoloq, vaxtilə Şahbulaqdakı arxeoloji ekspedisiyanın (saxtakarlar ekspedisiyasının – red.) rəhbəri Hamlet Petrosyan “İcmal” verilişinin efirində bildirib ki, erməni tərəfinin Şahbulaq kəndində azərbaycanlı və ya müstəqil mütəxəssislərin nə ilə məşğul olduğunu bilmək imkanı yoxdur.

Biz azərbaycanlı və ya müstəqil arxeoloqların orada işləməsini istəməzdik. Səbəblər müxtəlif ola bilər. Onlar orada çox şey dəyişdirə biləcəklər və bundan sonra bizi tarixi abidələrin erməniləşdirilməsində ittiham edəcəklər. İndidən deyə bilərəm ki, biz orada sadəcə bir neçə əhəmiyyət kəsb etməyən dəyişiklik etmişik, vəssalam”, - deyə Petrosyan bildirib.

Petrosyanın həyəcanını başa düşmək olar. O, artıq indidən “əhəmiyyət kəsb etməyən” dəyişiklik edildiyini təsdiqləyir və həqiqətin üzə çıxacağına adı kimi əmindir.

Tarix
2021.09.13 / 15:47
Müəllif
Əli Məmmədov
Digər xəbərlər

Rəşt–Astara dəmir yolu nə vaxt hazır olacaq? - İrandan açıqlama

Bakı ilə Roma arasında hərbi əməkdaşlıq müzakirə olundu

Prezidentin səhhəti pisləşəndə Mehdiyev Moskvaya zəng etdi

Azərbaycanda Vatsap istifadəçilərinə xəbərdarlıq

Bakının üç rayonunda qaz təchizatı dayandırılır

Bakı onlarla tərəfdaşlığa sadiqdir - XİN rəsmisi

Azərbaycan və Niderland arasında mühüm müzakirə

FHN yanında İctimai şuranın üzvləri bir araya gəldi

Ermənistanla sərhəddə mina partlayışı: XİN-dən reaksiya

Mirzoyan Rubionun müavini ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla