Yuxarı

Türk Şurasının işinə töhfə verməyə davam edəcəyik - Deputat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda Özbəkistanda Türk Şurasına üzv dövlətlərin həm gənclər və idman nazirlərinin, həm də gənc iş adamlarının toplantısı keçirilir. Bu gün nazirlərin 5-ci toplantısında gənclər arasında mübadilə proqramlarının həyata keçirilməsinə, qarşılıqlı münasibətlərin daha da gücləndirilməsinə yaxın gələcəkdə müsbət təsir göstərəcək “Çoxtərəfli Gənclər Mübadiləsi Proqramı”nın Memorandumu qəbul edilib.

Bu sözləri Axar.az-a açıqlamasında Türk Şurasının və TÜRK PA-nın keçmiş Baş katibi, millət vəkili Ramil Həsən deyib.

Onun sözlərinə görə, təşkilatda müxtəlif sahələrə aid işçi qrupları fəaliyyət göstərir və gənclərlə bağlı məsələlər daimi şəkildə müzakirə edilən ən önəmli mövzulardandır:

“Məlumat üçün bildirim ki, Türk Şurasının fəaliyyəti genişprofillidir. Təşkilatda Nazirlər Şurası və müxtəlif sahələrə aid işçi qrupları fəaliyyətlərini aktiv şəkildə davam etdirirlər. İqtisadi siyasət, xarici siyasət və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində aparılan işlərlə yanaşı, gənclər siyasəti ilə bağlı işlər də vacib əhəmiyyət daşıyır. Türk Şurasında 2015-ci ildən etibarən gənclər siyasətinin həyata keçirilməsi istiqamətində işci qrup fəaliyyət göstərir, həm də gənclər və idman nazirlərinin hər il toplantıları keçirilir”.

Millət vəkili Azərbaycanın digər sahələrdə olduğu kimi, sözügedən sahədə də Türk Şurasının fəaliyyətinə öz töhfəsini verdiyini vurğulayıb:

“Çox sevindirici haldır ki, Azərbaycan da Türk Şurasında qardaş dövlətlərin əlaqələrinin möhkəmlənməsində və gənclərlə bağlı belə bir mötəbər işdə yer alır, ona öz töhfəsini verir. Azərbaycan həmişə belə toplantılarda konkret təkliflərlə çıxış edib. Ölkəmiz hər zaman Türk Şurasında birləşdirici amil və dialoq platforması rolunu oynayıb. Əminəm ki, yaxın gələcəkdə Türk Şurasında gənclərlə bağlı məsələlərdə uğurlu addımların şahidi olacağıq və Azərbaycan da yenə burada da öz sözünü deyəcək”.

Tarix
2021.09.20 / 17:02
Müəllif
Söhrab İsmayıl
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla