Yuxarı

Azərbaycan və Türkiyənin növbəti təlimi başladı - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan və Türkiyənin növbəti təlimi başladı - Video

Azərbaycan və Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə əsasən, Naxçıvanda hər iki ölkənin motoatıcı, xüsusi təyinatlı, komando və müxtəlif qoşun növlərinin iştirakı ilə “Sarsılmaz qardaşlıq-2021” birgə döyüş atışlı taktiki təliminə start verilib.

Əlahiddə Ümumqoşun Ordudan Axar.az-a verilən məlumata görə, Naxçıvan Qarnizonu Qoşunlarının birləşmə və hissələrinin, Türkiyə Silahlı Qüvvələrinin bölmələrinin cəlb edildiyi təlimdə ənənəyə uyğun olaraq iki qardaş ölkənin dövlət bayraqlarının dəyişmə mərasimi keçirilib.

Bayraqdəyişmə mərasimində iştirak etmək üçün Əlahiddə Ümumqoşun Ordunun bayraq taqımı Naxçıvan şəhərindən və eyni zamanda Türkiyə Respublikasının bayraq taqımı da Doğu Bəyazid şəhərindən Sədərək sərhəd-keçid məntəqəsinə-Araz çayı üzərindəki “Ümid” körpüsünə doğru hərəkətə başlayıb.

Bayraq taqımları “Ümid” körpüsü üzərinə çatdıqdan sonra Türkiyə və Azərbaycanın dövlət himnləri səsləndirilib və bayraqdəyişmə mərasimi keçirilib.

Mərasimin davamı olaraq “Ümid” körpüsündən keçən Türkiyə Silahlı Qüvvələrinin hərbi kolonu təlim rayonu istiqamətində hərəkət edib və qardaş ölkənin hərbi qulluqçuları Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsində təntənəli şəkildə qarşılanıb.

Tarix
2021.09.20 / 19:39
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda cəmi 3 qadının bacardığı riskli peşə...

Bakının həbs etdiyi silah baronu “mələyə” çevrilir?

Türkiyə yeni hərbi sistemə keçir: 3 dənizdə güc...

Türk ölkəsində Azərbaycanla bağlı yenilik

Alman qonağı Bakıda heyrətləndirən bina - Foto

Azərbaycanla Keniya arasında memorandum imzalandı

Ən yüksək əmək haqqı bu sahədədir - Deputat

Mikayıl Cabbarov Pəncab əyalətinin baş naziri ilə görüşdü

Sudanla saziş imzalandı: bu şəxslər üçün viza ləğv edildi

Şanxay Mükafatını tanıtmaq üçün bu tədbiri fürsət bilirik...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla