Yuxarı

Bayraq böhranı: Ordumuz irəlilədi, Yeqorov gəldi... - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bayraq böhranı: Ordumuz irəlilədi, Yeqorov gəldi... - Video

11:16

Azərbaycan hərbçiləri sentyabrın 21-də Xocavənd rayonunun Cütçü kəndi istiqamətində dayandığı nöqtədən irəli gedərək, rus sülhməramlıları ilə aradakı neytral əraziyə yerləşib.

Axar.az xəbər verir ki, bu məlumatı erməni mediasına Cütçü kəndi icmasının rəhbəri Lernik Avanesyan verib.

O deyib ki, Azərbaycan Ordusunun 1200 metr irəlilədiyinə dair Rusiya sülhməramlılarına məlumat verib:

“İnsident yerinə general Yeqorov gəldi. Danışıqlar davam edir”.

O, Azərbaycan Ordusunun separatçıların bayrağının Amaras monastır kompleksindən çıxarılmasını tələb etdiyini, rusiyalı hərbçilərin isə toqquşmadan qaçmaq üçün separatçıların bayrağını Ermənistan bayrağı ilə əvəz etməyi təklif etdiyini bildirib. Avanesyan bayrağın dəyişdirilməsi danışığında şəxsən iştirak etdiyini söyləyib.

Bununla belə separatçıların bayrağının hələlik dəyişdirilmədiyi vurğulanıb.

***

Lernik Avanesyan "Nyus.am"ın erməni dilində olan versiyasına açıqlamasında Amaras monastırından separatçıların əski parçasının götürüldüyünü, yerinə isə başqa bayrağın asılmadığını, hazırda monastırda heç bir bayrağın olmadığını bildirib.

Bundan sonra isə Azərbaycan Ordusu əvvəlki nöqtəyə çəkilib.

Tarix
2021.09.22 / 15:45
Müəllif
Axar.az
Digər xəbərlər

Səfirliyimiz önündə təxribatı onlar törədibmiş... - Video

Moskvadakı səfirliyimizin önündəki təxribatın - Videosu

Ehtiyac olsa, Azərbaycandan elektrik enerjisi alacağıq...

Moskvadakı səfirliyimizin önündə təxribat: XİN-dən sərt reaksiya

Rusiyanın nüvə təhdidi: MKİ şefi Moskvaya buna görə gedib

Bu, Azərbaycanla müharibə olardı, mən mazoxistəm?

Bayramov Avstriyanın yeni səfiri ilə görüşdü

İlham Əliyev Sandunu təbrik etdi

Nepalda ölənlər arasında Azərbaycan vətəndaşları var?

Ankara və Təl-Əviv toqquşa bilər - Gözlər Bakıda...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla