Yuxarı

Əliyevin bütün komandası bu istiqamətdə çalışır - Kalın

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əliyevin bütün komandası bu istiqamətdə çalışır - Kalın

44 günlük mübarizədən sonra qazanılan qələbə həm türk, həm də azərbaycanlı qardaşlarımız üçün, eləcə də bölgə üçün böyük bir qələbədir. Çünki 30 illik dondurulmuş bir münaqişə idi. İllərdir demişdik ki, dialoq yolu ilə həll olunmalıdır. Ötən il bu hadisələr başlamazdan bir az öncə Ermənistan tərəfinin təcavüzkar addımı nəticəsində bu nöqtəyə gəlindi.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın çıxış edib.

"Qarabağın azad edilməsi Azərbaycan torpaqlarının bütövlüyünün qorunması baxımından tam bir uğurdur. Bu proses zamanı Azərbaycan həmişə məsuliyyətlə hərəkət edib. Təcavüzkar mövqe tutmadı, beynəlxalq hüquqa uyğun hərəkət etdi. Haqlı olaraq əldə edilmiş bir zəfər var. Burada Türkiyə ilə əməkdaşlıq, həmişə dediyimiz kimi "İki dövlət, bir millət" nümunələrindən biri idi.

Həm Türkiyə ordusu, həm də Azərbaycan ordusu, nazirlərimiz, xarici işlər nazirlərimiz və bunun üzərinə prezidentlərimiz çox böyük vaxt sərf etdilər. Bu qələbə dəqiqə-dəqiqə izlənildi. Asanlıqla qazanılmadı, bir çox şəhid verildi. Nəticədə böyük bir mübarizə ilə böyük bir qələbə əldə edildi.

İndi azad edilmiş Qarabağın yenidən qurulması prosesi davam edir. Bir il keçdi, bir ildə qət edilən məsafəni görsəniz, qürur duyarsınız. Cənab Əliyev şəxsən bu yerlə maraqlanır. Onun bütün komandası bu istiqamətdə çalışır", - İ.Kalın qeyd edib.

Tarix
2021.09.29 / 00:19
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Azərbaycan BMT-də mina təhlükəsi məsələsini qaldırdı

Qalibafdan sirli paylaşım: Çıx get! - Foto

TBMM-də çıxış: Əliyevi hədəf alanlar... – Video

Ərdoğanın İlham Əliyevi şəxsən dəvət etməsi... - Deputat

Vaqif Sadıqov etimadnaməsini Gi Parmelinə təqdim etdi

Azərbaycan və Norveç siyasi məsləhətləşmələr apardı

Netanyahu 5 gündən sonra gedir? – Ekspert

Türkiyə ilə sərhədin açılması üçün... - Paşinyan

Paşinyan fikrini dəyişdi - Sülh sazişi ilə bağlı tarix...

Paşinyan onu Azərbaycana qaytaracaqlarını açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla