Yuxarı

Bakı iki beynəlxalq məhkəmədə İrəvana qarşı - XİN

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı iki beynəlxalq məhkəmədə İrəvana qarşı - XİN

Bu gün biz öz ərazi bütövlüyünü təmin edən, pozulmuş insan hüquqlarını bərpa edən dövlətin vətəndaşlarıyıq. Münaqişənin bitməsi müharibənin bitməsi demək deyil.

Axar.az Report-a istinadən xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva BDU-da “İşğal altında olmuş Azərbaycan ərazilərində məcburi köçkünlərin pozulmuş hüquqlarına dair” Kompleks Hesabat kitabının təqdimatı ilə bağlı keçirilən tədbirdə deyib.

XİN rəsmisi əlavə edib ki, postmünaqişə dövründə təbliğat işi daha da gücləndirilməlidir:

"Azərbaycan artıq bölgədə yeni reallıq yaradıb. Bizim və bütün Azərbaycanın rəsmi qurumlarının üzərinə bu reallığı beynəlxalq ictimaiyyətə çatdırmaq kimi ciddi öhdəlik düşüb. Azərbaycan artıq iki beynəlxalq məhkəmədə Ermənistana qarşı iddia qaldırıb. Təbii ki, bu, son deyil. Gələcəkdə digər beynəlxalq məhkəmələrdə tərəfimizdən Ermənistana qarşı iddialar qaldırılacaq".

Tarix
2021.10.12 / 15:25
Müəllif
Axar.az
Digər xəbərlər

Bunu etməsək, Bakı sülh sazişini imzalamayacaq

30 yaşında deputat, 35 yaşında nazir oldu

Prezident Yohan David Vadefulla görüşdü

İlham Əliyev Mariam Kvrivişvilini qəbul etdi

Azərbaycanda məzuniyyətə çıxmaq məcburi olacaq

Hər bir azərbaycanlı müstəqil dövləti ilə qürur duyur!

Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi - Foto

Nəsimi Ermənistana hansı silah-sursatla keçib?

Almaniya xarici işlər naziri Azərbaycana gəlir

Hacıyev AB-nin yüksəkvəzifəli rəsmiləri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla