Yuxarı

Sülhməramlılar Qarabağda daha 5 il qalsa… - Korıbko

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sülhməramlılar Qarabağda daha 5 il qalsa… - Korıbko

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Rusiyanın Qarabağdakı sülhməramlı missiyasının müddətinin daha beş il uzadılacağını dilə gətirib. Onun sözlərinə görə, “yaradılan obyektlər Rusiyanın sülhməramlı qüvvələrinin nəzərdə tutulduğundan daha uzun müddət qalacağını deməyə əsas verir”. Lakin o, Rusiyanın sülhməramlı missiyası başa çatdıqdan sonra belə obyektlərin Azərbaycan qüvvələrinə verilməsinin mümkünlüyünü qeyd etməyib.

Bu sözləri Axar.az-a amerikalı mütəxəssis Endryu Korıbko deyib.

Analitikin sözlərinə görə, Azərbaycanın Rusiyanın sülhməramlı missiyasının müddətinin uzadılmasına razı olub-olmayacağı hələlik bəlli deyil:

“Bakı Qarabağın qalan hissəsi üzərində suverenliyini tam bərpa etməyə çalışır. Rusiya qüvvələri bu prosesi asanlaşdırmaq niyyətindədir və gələcək dörd il ərzində bu proses perspektiv olaraq başa çatdırıla bilər. Əgər Ermənistan sərhədlərin delimitasiyasının və regional ticarət dəhlizlərinin qarşısını almasa, Azərbaycanın rus sülhməramlıların missiyasının uzadılmasına razı olacağı ssenarini təsəvvür etmək çətindir”.

Korıbkonun fikrincə, hətta bu halda belə, bu müddət ərzində nəzərəçarpacaq siyasi irəliləyiş əldə ediləcəyi qaçılmazdır:

“Vəziyyətin digər postsovet məkanı ölkələrində olduğu kimi “dondurulmasına” yol vermək olmaz. Bu, Qarabağın inkişafını ləngidər və potensial olaraq erməni istismarına imkan yaradar. Bu, həmçinin Rusiyanın ərazidəki niyyətləri ilə bağlı suallar yarada bilər. Buna görə də daha beş il müddətinə uzadılması üçün hansısa praqmatik əsaslı razılaşma olmadığı təqdirdə, əvvəlcədən planlaşdırıldığı kimi, missiyanın vaxtında başa çatması hər kəsin maraqlarına uyğundur”, – deyə amerikalı mütəxəssis bildirib.

Tarix
2021.11.03 / 16:06
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

Hikmət Hacıyev İran XİN başçısının müavini ilə görüşdü

Kartda saxlanılan maaş və pensiyalara əlavə ödəniş...

Bu halda Azərbaycan soydaşlarını qorumaq üçün... - VP

Trampın Bakı ilə bağlı bu addımı İrəvanda diqqət çəkdi

Günay Ağamalı sədr seçildi

ABŞ İrana hücum edəcək? - Pol Qobldan mühüm proqnoz

Cəlalzadə Bakıda kimi hədələdi? - İranla bağlı təhlükə

Ceyms Di Vens Azərbaycana gəlir

Tramp İlham Əliyev və Paşinyana təşəkkür etdi

Nə muxtariyyət, nə hərbi struktur: SDQ tam “əriməlidir”

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla