Yuxarı

ABŞ İrana hücum edəcək? - Pol Qobldan mühüm proqnoz

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ İrana hücum edəcək? - Pol Qobldan mühüm proqnoz

Axar.az ABŞ-ın Sovet İttifaqında milli məsələlər üzrə keçmiş müşaviri və Avrasiyada etnik və dini məsələlər üzrə ekspert Pol Qoblun Globalinfo.az-a müsahibəsini təqdim edir:

- Donald Tramp ABŞ-a məxsus qüvvələrin İrana doğru hərəkət etdiyini deyib. ABŞ İrana hücum edəcəkmi?

- ABŞ-ın yaxın zamanda İrana genişmiqyaslı hücum edəcəyinə şübhə edirəm, ancaq kiçik hərbi əməliyyatlar mümkündür.

- Ukrayna müharibəsi ilə bağlı proqnozunuz nədir? Rusiya istəyinə çatacaqmı və bu halda, Cənubi Qafqazı, xüsusilə Azərbaycanı nə gözləyir?

- Rusiya passiv bir Ukrayna görməyə ümid edir, amma buna nail olmayacaq. Ukraynalılar hökumətin razılaşmağa məcbur qaldığı hər şeyə müqavimət göstərəcək və bu da Kreml diktatoruna qələbə qazandırmayacaq.

- Sülh Şurası Qəzzada sülhü təmin edə biləcəkmi?

- Xeyr, çünki onun hər iki tərəfi də razılığa gətirmək üçün səlahiyyəti və ya gücü olmayacaq.

- Qrenlandiya böhranı necə nəticələnə bilər?

- Düşünürəm ki, ABŞ hərbi mövcudluğunu əhəmiyyətli dərəcədə genişləndirəcək və nadir torpaq mineralları axtaracaq. ABŞ Konqresi Trampı xəbərdarlıq edib ki, əgər Qrenlandiyanı ələ keçirmək üçün orada hərbi gücdən istifadə etməyə çalışsa, bu, onun prezidentliyinin sonu olacaq.

Tarix
2026.01.24 / 12:31
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Qazaxıstandakı səfirimizi ger çağırdı

Tacikistandakı səfirimiz də geri çağırıldı

Hindistandakı səfirimiz geri çağırıldı - Yeni təyinat

Mirziyayevdən Bakıya xüsusi jest: Cəmi 4 gün sonra... - Foto

Prezident Ukrayna ilə bağlı bu qanunu təsdiqlədi

Vladimir Putin İlham Əliyevə zəng etdi

XİN-dən Zaxarovanın fikirlərinə reaksiya: Son qoyulmalıdır!

Tramp onun Bakıya səfərini paylaşdı - Foto

KTMT Qarabağ münaqişəsinə müdaxilə edə bilməzdi

İranın AzTV-ni “düşmən” saymasının cavabı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla