Yuxarı

17 gəmi bu dənizdədir: Hər gün zərbə endirirlər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
17 gəmi bu dənizdədir: Hər gün zərbə endirirlər

Hazırda Ərəbistan dənizində ABŞ Hərbi Dəniz Qüvvələrinin 17 hərbi gəmisi var və bu gəmilərdən İrana qarşı genişmiqyaslı hücumlarda istifadə oluna bilər.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələri İnstitutunun Məlumat Xidməti məlumat yayıb.

“Bölgədə 100-dən çox döyüş təyyarəsi daşıyan iki nüvə enerjisi ilə işləyən təyyarədaşıyan gəmi – “USS Abraham Linkoln” və “USS Corc Buş” var. ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının sərəncamında 1 kreyser və “Tomahavk” qanadlı raketlərlə təchiz edilmiş 11 esmines var. Bu raketlər təxminən 1,6 min kilometr fəaliyyət radiusuna malikdir. Bundan əlavə, gəmi qruplaşmasına üç böyük desant gəmisi daxildir, onların göyərtəsində dəniz piyadalarından ibarət ekspedisiya batalyonu, şaquli qalxma və eniş qırıcıları, atəş dəstək helikopterləri və nəqliyyat helikopterləri, eləcə də desant gəmiləri yerləşir. Döyüş növbətçiliyində qanadlı raketlərlə təchiz edilmiş bir neçə zərbə tipli sualtı qayıq da fəaliyyət göstərir.

Həmçinin Komandanlığın sərəncamında hazırda Hind okeanında yerləşən daha 3 raket esminesi və Qırmızı dənizdə yerləşən 1 raket esminesi də var. Qruplaşmanın gəmiləri və göyərtə aviasiyası ötən cümə gününədək iki həftə ərzində hər gün İrana qarşı zərbələr endirib”, - məlumatda deyilib.

Tarix
2026.07.28 / 11:22
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla