Yuxarı

Alimdən etiraz: O, şəhid kimi dəfnə layiq deyil!

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Alimdən etiraz: O, şəhid kimi dəfnə layiq deyil!

Rusiyanın işğalçı ordusu tərkibində pul naminə Ukrayna dövlətinə qarşı döyüşən bir nəfərin regionların birində şəhid kimi dəfn edilməsi kadrlarına baxdım. Ailənin bunu etməsini həm dini, həm mənəvi, həm də dövlət qanunlarına görə düzgün hesab etmirəm. Pula görə başqa bir dövlətin ərazisində, başqa bir dövlətin ordusunda qətllər edən şəhid yox, muzdlu əsgərdir.

Kult.az xəbər verir ki, bu sözləri tarixçi alim Zaur Əliyev deyib.

Onun sözlərinə görə, nə qədər çətinlik çəkirsən çək, pul qarşılığında təcavüz və işğalda iştirak edib, digər insanların canını alırsansa, sən şəhid adına heç bir zaman layiq ola bilmərsən:

“Buna beynəlxalq dildə “Dogs of War” deyirlər. Bu insanlar üçün müharibə, orda öldürdükləri insanlar qəhrəmanlıq məkanı deyil, başqa dövlətin alətinə çevrilməkdir.

Polad Həşimov, Mübariz İbrahimov, Muxtar Qasımov, Xudayar, Raquf Orucov, Dövlətzadə Cəbrayıl, Allahverdi Bağırov, Gizir xanı, Əliyar Əliyev və adını çəkə biləcəyim minlərlə qəhrəman da şəhid sayılsın, öz canını pula satıb yad torpaqlarda qətllər törədən də?

Şəhidin qanı öz vətən torpağına qarşanda bu adı qazanır, yad torpaqlarda deyil!

Əlbəttə, istisna da var. Əgər bir şəxs başqa dövlətdə yaşasa da, öz xalqının maraqlarını qoruyarkən canını verirsə, cəmiyyətin mənəvi yaddaşında şəhid kimi qala bilər, məsələn, xaricdə terror qurbanı olan diplomatları, kəşfiyyatçıları göstərə bilərik.

Şəhidlik anlayışının mənşəyi hələ də elmi mübahisə mövzusu olaraq qalır. Səmavi dinlərdə, islamda şəhidlər hörmətlə qarşılanır.

İslam fəlsəfəsinə və hüququna (fiqh) görə Vətəni uğrunda zalım, təcavüzkar və işğalçılara qarşı savaşda ölənlər əsas şəhidlərdən biridir.

Bir dövlət öz vətəndaşı olan və ərazi bütövlüyü uğrunda həlak olan şəxslərə “şəhid” statusu verir.

Başqa bir dövlətin ordusunda muzdlu əsgər kimi vuruşub ölənlər, adətən, nə dini, nə də milli mənada şəhid hesab olunurlar”.

Alim xatırladıb ki, şəhid - “ölən əsgər” demək deyil:

“Bu mənəvi bir ləyaqət göstəricisidir! Sən necə 1805-ci ildən Azərbaycan xalqının qanına susamış bir dövləti qorumaq üçün onun ordusunda pul, yaxud nəyəsə görə xidmət edəsən və sənin xalqına yaşatdıqlarını, eynisini günahsız xalqa qarşı yaşadasan? Pul məgər ləyaqətdən bu qədər üstündür?

Əgər sənə bu status lazımdırsa, o dövlətlərdən tələb elə. Yoxsa gəlib bizim qanı torpağa qarışan qəhrəmanlarımızın adına şərik olma!

Pul üçün vuruşan, kimin tərəfində olmasından asılı olmayaraq (haqlı və ya haqsız), yalnız maddi maraq güdən şəxs heç bir anlamda şəhidlik statusuna iddia edə bilməz.

Şəhidlik fədakarlıqdır!

Muzdluluq isə ticarətdir”.

Tarix
2026.01.22 / 13:33
Müəllif
Kult.az
Digər xəbərlər

İlham Əliyev Davosda bu sənədi imzaladı - Video

Yaxın zamanda daha bir münaqişəni həll edəcəyik

Azərbaycan və Ermənistan liderləri mənim dostlarımdır

Prezident Davosda mühüm tədbirdə iştirak edir - Canlı

Bayramov NATO Baş katibinin müavini ilə görüşdü - Foto

Qrenlandiya məsələsi çözüldü - Tramp buna nail oldu

Moskvadakı səfirimiz Rusiya MN-ə getdi

Bakı regionun enerji təhlükəsizliyini təmin edən aktordur

Dugin Bakını hədələdi, cavabsız qaldı - Ekspert

Azərbaycan Sülh Şurasında təsisçi dövlət olur: Nə qazanacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla