Yuxarı

Papikyan gələn kimi hücum edildi. Niyə? - Arkov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Papikyan gələn kimi hücum edildi. Niyə? - Arkov

Ermənistan-Azərbaycan sərhədində vəziyyətin növbəti dəfə gərginləşməsi Nikol Paşinyanın bir gün əvvəl verdiyi qəribə kadr dəyişikliyi qərarından sonra baş verdi. Bu qərar Paşinyanla erməni generallar arasında onsuz da gərgin olan münasibətləri daha da çətinləşdirəcək.

Bu barədə Axar.az-a açıqlamasında PolitRUS ekspert-analitik şəbəkəsinin rəhbəri, rusiyalı ekspert Vitali Arkov bildirib.

Ekspertin fikrincə, bir qədər əvvəl Ermənistanın media məkanında hətta belə fikirlər səslənirdi ki, Paşinyanın cəmiyyətdə geniş müzakirələrə səbəb olan kadr qərarı Bakı və Ankaraya qarşı növbəti bir jestdir:

“Bu baxımdan, Ermənistan-Azərbaycan sərhədində bugünkü təxribata həm də Qarabağ münaqişəsinin həlli ilə bağlı planlaşdırılan yeni sənədlər paketinin imzalanması ərəfəsində erməni hərbçilərinin Paşinyana “cavab”ı kimi də baxmaq olar. Aydındır ki, bu cür eskalasiya şəraitində Zəngəzur dəhlizi ilə bağlı sənədlərin imzalanmasından, sərhədin delimitasiyasından söhbət belə gedə bilməz. Gündəmdə daha “isti” məsələlər var.

Bu, Nikol Paşinyanın xeyrinə olan versiyadır. Amma bütün baş verən hadisələrin onun xeyrinə olmağı boşuna deyil və bu proseslərin məhz Ermənistanın baş nazirinin adamları tərəfindən planlaşdırıldığı versiyasını istisna etmək olmaz - prosesi gecikdirmək üçün növbəti bir cəhd kimi”.

Politoloq qeyd edib ki, bu kontekstdə Moskvanın bir il əvvəl İkinci Qarabağ müharibəsini dayandıra bilməsindən narazı olan ATƏT-in Minsk Qrupunun qərbli həmsədrlərinin İrəvanla dialoqu intensivləşdirməsi qətiyyən təsadüfi görünmür:

“Qafqazda sabitlik və təhlükəsizlik ABŞ və Avropa İttifaqının maraqlarına uyğun deyil, çünki bu, Rusiya və Türkiyənin regionda nüfuz və təsirini gücləndirməsi deməkdir. Və burada İran Qərblə həmrəydir, onun Ermənistanın destruktiv hərəkətlərində iştirakı da diqqətəlayiqdir.

Yalnız bir şey birmənalı olmalıdır: Ermənistan-Azərbaycan sərhədinin bütün uzunluğu boyunca Rusiya sülhməramlılarının tezliklə yerləşdirilməsi zəruridir - onların sonradan Ermənistan-Türkiyə sərhədindəki kimi, Rusiya sərhədçiləri ilə əvəzlənməsi şərti ilə. Yalnız bu yolla hərbi təxribatların qarşısını almaq və iki qonşu ölkənin tədricən nifrət şəraitindən dinc yanaşı yaşama keçməsinə nail olmaq mümkündür. Bu isə həm Ermənistan xalqının, həm də Azərbaycan xalqının maraqlarına uyğundur”.

Tarix
2021.11.17 / 09:07
Müəllif
Əli, Ruslan
Digər xəbərlər

Əliyevin Davos səfəri ilə bağlı daha bir paylaşım - Video

Elçin Əmirbəyov Şekerinska ilə sülh prosesini müzakirə etdi

Prezidentin İsveçrə səfəri ilə bağlı görüntülər paylaşıldı - Video

Davosda Zelenski və Tramp arasında görüş keçirildi

İlham Əliyevin adından saxta açıqlama yayıldı

Əliyevlə Tramp Davosda görüşdü - Foto

Prezident Davosda mühüm tədbirdə iştirak etdi - Foto

İlham Əliyev Davosda bu sənədi imzaladı - Video

Yaxın zamanda daha bir münaqişəni həll edəcəyik

Azərbaycan və Ermənistan liderləri mənim dostlarımdır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla