Yuxarı

Qriqoryanın şərləməsi: Bakı sevinməlidir – Mixaylov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qriqoryanın şərləməsi: Bakı sevinməlidir – Mixaylov

Ermənistan çoxdan Rusiyaya eyham vurur ki, əgər İrəvanı öz milli maraqlarına zidd olsa belə dəstəkləməsə, Ermənistan Qərb ölkələrinə yönələcək.

Bu fikirləri Axar.az-a açıqlamasında rusiyalı ekspert Yevgeni Mixaylov Ermənistan Təhlükəsizlik Şurasının katibi Qriqoryanın “Rusiya Ermənistana kömək etməsə, o zaman İrəvan digər variantlar axtarmalı olacaq” bəyanatını şərh edərkən deyib.

“Təəccüblənəcək heç nə yoxdur. Qriqoryanlar və onun kimiləri indiki vəziyyəti ümumiyyətlə başa düşmürlər və ilk növbədə Ermənistan əhalisinin ziyanına hərəkət edirlər. Təbii ki, onlar əksini qışqıra bilərlər, amma aydındır ki, tamamilə inkişaf etməmiş dövlət təhsilinin nəticəsi lan bu siyasətçilər Qərb tərəfdaşlarından qrantlar alaraq, fəaliyyət göstərirlər.

İrəvanda mərkəzləşdirilmiş güc yoxdur, həm siyasi gündəmin özündə, həm də əvvəllər imzalanmış müqavilələr üzrə öhdəliklərdə çaşqınlıq yüksəkdir. Bununla bağlı bir şeyi deyə bilərəm: Moskvaya qarşı bu cür şantajlar “erməni müttəfiqi” ifadəsinin etibarını tamamilə sarsıdır və mən əminəm ki, Rusiyanın siyasi rəhbərliyi bu cür hücumlara cavab vermək üçün artıq qabaqlayıcı tədbirlər hazırlayır. Amma prinsipcə, Azərbaycana yalnız baş verənlərə sevinmək qalır. Erməni qonşular meşədə nə qədər uzağa getsələr, bir o qədər çox odun qıracaqlar və onların hərəkətləri birmənalı olaraq Rusiyanı Bakının tələblərini dəstəkləməyə getdikcə daha həvəslə istiqamətləndirəcək”, - deyə həmsöhbətimiz bildirib.

Tarix
2021.11.20 / 09:18
Müəllif
Əli Məmmədov
Digər xəbərlər

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

Ankara və Bakı ilə bağlı bu addımları atırıq – Paşinyan

İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış etdi - Foto

BMT-nin heç bir rolu yox idi, özümüz etdik - Prezident

Ermənistanla bunların üzərində işləyirik - Prezident

Bayramov İshaq Darla Bişkekdə görüşdü

Beş ölkənin birinci xanımları Bişkekdə sərgidə - Foto

İlham Əliyev Putinlə ayaqüstü görüşdü - Video

"ŞƏT plyus" formatında yüksək səviyyəli görüş başladı - Canlı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla