Yuxarı

"Əl-Cəzirə"də sərhəddəki durumdan danışıldı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Əl-Cəzirə"də sərhəddəki durumdan danışıldı

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Qətərin Doha şəhərinə səfəri çərçivəsində “Əl-Cəzirə” telekanalına müsahibə verib. Müsahibə Azərbaycanın Qətərdəki səfirliyinin təşkilatçılığı ilə baş tutub.

BMTM-nin mətbuat xidmətindən Axar.az-a bildirilib ki, Fərid Şəfiyev Azərbaycanın öz ərazilərini işğaldan azad etmək üçün keçdiyi yol, Ermənistanla Azərbaycan arasında mövcud olmuş münaqişənin sülh yolu ilə həlli prosesinin dalana dirənməsi və müharibənin başlanması barədə məlumat verib. Müharibədən sonra regionda baş verən proseslər barədə danışan BMTM-nin sədri Azərbaycanın Ermənistanla dinc yanaşı yaşamaq istədiyini vurğulayıb: “Biz Ermənistan tərəfinə sülhməramlı təkliflər veririk. Hər iki ölkənin ərazi bütövlüyü tanınmalıdır. Lakin Ermənistan birgəyaşayışla bağlı qərar verməyib və hələ də aramızda insidentlər yaşanır”.

Son vaxtlar sərhəddə baş vermiş son proseslərə də münasibət bildirən Fərid Şəfiyev iki ölkə arasında sərhədlərin müəyyən olunmasına ehtiyac olduğunu diqqətə çatdırıb: “Azərbaycan Ermənistan tərəfinə sərhədin demarkasiyasına başlanmasını təklif edir. Bu ölkə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımalıdır”.

Sərhəddə baş vermiş son təxribatın Ermənistan tərəfindən törədildiyini vurğulayan sədr, həmçinin İran yük maşınları ilə bağlı yaşanmış son gərginlik, bu problemin həll edilməsi, Türkiyə-Azərbaycan əlaqələrinin strateji mahiyyəti barədə sualları da cavablandırıb.

Tarix
2021.11.24 / 00:47
Müəllif
Axar.az
Digər xəbərlər

Aleksey Kuleba Bakıya gəlir

Liderlər Türküstan Bəyannaməsini imzaladı

Azərbaycana qarşı vuruşan general Almaniyada öldü

Prezident Qazaxıstanda təməlqoyma mərasimində...

İlham Əliyev TDT-nin qeyri-rəsmi Zirvə görüşündə çıxış etdi - Foto

Bayramov Türküstanda TDT XİN başçılarının iclasında - Foto

Vüsal Aslanova sosial şəbəkədə nələr yazırlar...

Rixard Raşi Xankəndidə səfərdədir - Foto

Şahin Mustafayev Overçukla görüşdü

İlham Əliyev Türküstanda mədəni məkanlarda oldu - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla