Yuxarı

Ərdoğan nə edib? Cavabım budur - Zaur Əliyev

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qardaş ölkədə baş verən valyuta böhranının Ərdoğan hakimiyyətinə ən çətin dövrünü yaşatdığını iddia etmək düzgün deyil. Türkiyə tarixində Atatürkdən sonra belə hadisələr çox olub və buna baxmayaraq, türklər bunun öhdəsindən layiqincə gəliblər. Eləcə də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 20 illik iqtidarı dövründə bir çox çətinliklər yaşayıb. Hamısından qələbə ilə çıxa bilib.

Bu sözləri Axar.az-a tarixçi-alim, dosent Zaur Əliyev Türkiyədə baş verən son iqtisadi proseslər barədə danışarkən deyib.

“Dünyanın əksər ölkələrində pandemiyanın doğurduğu iqtisadi problemlər var. Bu o demək deyil ki, Türkiyədə baş verən valyuta böhranında Ərdoğan iqtidarı günahkardır. Mən tarixçiyəm, bilirəm ki, milləti və dövləti üçün böyük işlər görən şəxsiyyətlər bəzən kiçik böhran olan kimi ağır ittihamlara məruz qalıblar. Bizim öz tariximizdə bu gün Rəsulzadəni, Elçibəyi tənqid edən nə qədər insan var, amma onlar burunlarının uclarından kənarı görə bilmirlər. Eləcə də Türkiyədə Atatürk kimi şəxsiyyəti indi tənqid edənlər tapılır, halbuki Atatürk dağılmaqda olan böyük imperiyanın yerində güclü Türkiyə dövləti qura bildi”, - alim bildirib.

Z.Əliyev qeyd edib ki, insan təbiətində nankorluq var:

“Ərdoğan Türkiyə üçün nələr edib, bunu bir görsünlər! Uzun əsrlərin böyük bir dövrünü, Osmanlı imperiyasını Ərdoğan tarixi irs kimi qəbul edib. Bu, açıq-aşkardır. Əslində burada qəbahətli heç nə yoxdur. Ərdoğan Türkiyəni Osmanlı dövlətinin əzəmətinə ucaldır”.

Alimin sözlərinə görə, Ərdoğan Türkiyəni bölgənin əsas aparıcı dövlətlərindən birinə çevirib:

“Əvvəlki Türkiyəyə baxaq, indikinə də baxaq: Bu gün Türkiyə enerjidə xarici asılılığın azaldılması, yerli resurslardan istifadəsinin maksimum səviyyəyə yüksəldilməsi və iqlim dəyişikliyi ilə mübarizə hədəflərindən yola çıxaraq, yenilənə bilən enerji qaynaqlarının payını yüksəltmə və enerji səbətinə nüvə enerjini də əlavə etmə yolunda işlərini davam etdirməkdədir. Yenilənən enerji baxımından əhəmiyyətli bir potensiala sahib olan Türkiyə geotermal potensialı ilə dünyada 7-ci, Avropada isə 1-ci sırada iştirak etməkdədir. Buna əlavə, hidroelektrik qaynaqları, külək və günəş enerjisinin inkişaf etdirilməsi də prioritet seçilib. 2023-ci ilə qədər Türkiyənin cəmi enerji tələbinin 30%-nin yenilənə bilər enerji qaynaqlarından qarşılanması nəzərdə tutulur”.

O bildirib ki, bu gün Türkiyə dünyaya modern silahlar istehsal edərək meydan oxuyur:

“Təkcə “Bayraqdar” dünyanın bütün ölkələrində tələb olunan texnoloji üstünlükdür. Ərdoğan ondan öncə ölkəni idarə edən prezidentlərdən fərqli olaraq qərar qəbul edərkən "Qərb nə deyəcək?" düşüncəsi ilə məsələlərə yanaşmır. O, Türkiyə üçün doğru olanlar barədə qərar qəbul edir, ölkəsinin dünyadakı tarixi nüfuzunu özünə qaytarır. Ərdoğan 2002-ci ildən Türkiyənin rəhbəri kimi fəaliyyət göstərir və bu illər ərzində ölkənin siması tamam dəyişib. Uzun illər Sevr və Lozanna konfranslarında qəbul edilən qərarların ağırlığını üstündə daşıyan Türkiyə Ərdoğanın hakimiyyəti illərində regional və beynəlxalq güc sahibi olan bir dövlətə çevrildi. “Ərdoğan nə edib” sualına tək bir cümlə ilə cavab vermək istəyirəm: Türkiyəni Böyük Səkkizlik səviyyəsində bir güc edib”.

Tarix
2021.11.26 / 08:30
Müəllif
Aytəkin Qardaşova
Digər xəbərlər

Makron təşviş içində Şoltsa zəng etdi – Nə baş verir?

Mask Tvitteri aldı, onu X etdi və “X günü”nə hazırladı

Tokayevin Parisdə Makrona mühüm Bakı mesajı

Ərdoğanın türk liderlərdən 2 gözləntisi: Bişkekdə nə istədi?

Sol-liboşların xaosu, təcavüzü bitir: “sağ”alma başladı

TDT liderlərinin 12-ci sammiti Azərbaycanda keçiriləcək

Sadıqov məni yanına çağıraraq dedi ki... - Şlyapa Zahid

İlham Əliyevin Bişkek səfəri başa çatdı - Foto

Bu azərbaycanlılarla bağlı əməkdaşlığa hazırıq - Quterreş

Bu DSK-ların tərkibində dəyişiklik edildi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla