Yuxarı

Şuşa postuna bomba atanla bağlı yeni xəbər

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şuşa postuna bomba atanla bağlı yeni xəbər

13 noyabr tarixində Şuşa yaxınlığında azərbaycanlı və rus hərbçilərin olduğu posta qumbara ataraq, 3 azərbaycanlı əsgərin yaralanmasına səbəb olan erməni terrorçu Norayr Mirzoyanla bağlı Baş Prokurorluq tərəfindən açılan cinayət işi üzrə istintaq hazırda davam edir.

Bu bardə Axar.az-ın sorğusuna cavab olaraq Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

“İstintaq işi ilə bağlı əlavə məlumat olduğu təqdirdə rəsmi xəbər veriləcək”, - açıqlamada qeyd olunub.

Xatırladaq ki, N.Mirzoyan rus sülhməramlıları tərəfindən saxlanıldıqdan sonra Xankəndidəki heç kəs tərəfindən tanınmayan, qondarma, separatçı qurumun “hüquq-mühafizə orqanlarına” təhvil verilmişdi.

Azərbaycan Respublikası Baş prokuroru tərəfindən isə terror faktına görə Cinayət Məcəlləsinin 29, 120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29, 120.2.3, (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd), 29, 120.2.4 ( xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 214.2.3 (terrorçuluq-odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3 (qanunsuz olaraq odlu silah, partlayıcı maddə əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə mütəşəkkil dəstə tərəfindən törədildikdə) və digər maddələri ilə cinayət işi başlanmaqla istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilmişdi.

Tarix
2021.11.26 / 14:21
Müəllif
Aytəkin Qardaşova
Digər xəbərlər

İrandan Azərbaycana təxliyə olunanların sayı...

Azərbaycan nümayəndə heyəti Tiflisə yollandı

İran təsəvvürləri alt-üst etdi: 4 min km uçan raket...

ABŞ İran neftinə sanksiyanı bir aylıq qaldırdı - Hansı məntiqlə?

İran müharibəsi: Azərbaycan “əsas dəhlizə” çevrilir...

Şovinist Rza Pəhləvinin olmayan “Ölümsüzlər” ordusu...

ABŞ-da İran üzrə peşəkarlar niyə işdən çıxarıldı?

Bu nazirin müavilərinin sayı 6-ya çatdı

Nazir müavini təyin edilən jurnalist oğlunun - Dosyesi

Yaxın vaxtda Azərbaycana səfər edəcəm - Vuçiç

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla