Yuxarı

Əliyevin Soçi çıxışında iki mesajı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əliyevin Soçi çıxışında iki mesajı

Liderlərin mətbuata bəyanatlarında şifahi razılaşmalar və mesajlar əksini tapıb. Və məlum olur ki, masada nəzəri cəhətdən müsbət nəticələr əldə olunub.

1. İlin sonuna kimi sərhədin delimitasiyası və demarkasiyası mexanizmləri yaradılacaq;

2. Görüşdə kommunikasiyaların açılması ilə bağlı razılaşmanın detalları gələn həftə açıqlanacaq: Putin bildirir ki, “Gələn həftə, - bu, bizim növbəti razılaşmadır, - onlar müəyyən yekunlar vurmaq və bu gün razılaşdırdığımız və qəbul etdiyimiz qərarları elan etmək üçün Moskvada toplaşacaqlar”.

Bu, görüşdə kommunikasiyanın açılması ilə bağlı razılaşmaların üçtərəfli bəyanatda tam əksini tapmadığı deməkdir: mümkündür ki, liderlər nəqliyyat xətlərinin açılması qrafikini müzakirə edib və müəyyən razılaşmalar var; İşçi Qrupu razılaşdırılmayan texniki məsələlərə yekun vurduqdan sonra qərar açıqlanacaq;

3. Əliyevin çıxışı göstərdi ki, Bakı və Moskva proseslərlə bağlı eyni mövqedədir.

Azərbaycan Prezidenti iki mesaj da vardi:

- Bakı Rusiyanın təşkil etdiyi formatdan kənara çıxmaq niyyətində deyil: bu, Qərbə üz tutan Paşinyanın mövqeyinin zəiflədilməsi məqsədi də daşıyırdı;

- Əliyev “düşünürəm ki, görüşümüzün yekununun nəticələri yaxşı olacaq, bu nəticələri çox gözləmək lazım gəlməyəcək, regionda vəziyyət daha təhlükəsiz və proqnozlaşdırılan olacaq” deyə bildirdi. Bu o deməkdir ki, Bakı görüşdə əldə olunan razılaşmaların icrasının uzadılmasını qəbul etməyəcək və Əliyev regionda təhlükəsizliyin bundan asılı olacağını bildirdi.

4. Ermənistan sərhədin delimitasiya və demarkasiyasına, eləcə də kommunikasiyaların açılmasına razılaşıb: Putinin nəqliyyat xətlərindən danışarkən “dəhliz” ifadəsinə üstünlük verməsi və Əliyevin xəbərdarlıq mesajı Paşinyanın Zəngəzur dəhlizi istəyinin qəbul edilmədiyi ehtimalını gücləndirir.

Tarix
2021.11.27 / 09:09
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Mehdiyev çevriliş etsəydi, onlara vəzifə verəcəkdi - Siyahı

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

Çin bu təcrübəni Azərbaycanla bölüşməyə hazırdır - Səfir

Sinin Trampa İran müharibəsi ilə bağlı mesajı...

Konqresin erməni şəbəkəsi: Bakıya qarşı oyun başlayır

Bakı-Ankara münasibətləri Astananı da narahat edir

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla