Yuxarı

KTMT-nin 3 üzvü Bakını seçdi - Finkel

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
KTMT-nin 3 üzvü Bakını seçdi - Finkel

Ermənistanın KTMT üzrə üç müttəfiq ölkəsi - Qazaxıstan, Tacikistan və Qırğızıstan Azərbaycanı ərazi bütövlüyünün bərpası münasibətilə təbrik edib.

Axar.az-ın məlumatına görə, israilli hüquqşünas, beynəlxalq hüquq və beynəlxalq siyasət üzrə mütəxəssis Mixail Finkel Trend-ə açıqlamasında bildirib ki, İkinci Qarabağ müharibəsi nəticəsində ərazi bütövlüyünün bərpası ilə əlaqədar KTMT-yə üzv olan üç ölkənin Azərbaycanı təbrik etməsi çox vacibdir.

"Bu o deməkdir ki, Ermənistan KTMT-nin üzvü olmasına baxmayaraq, Azərbaycanla yaxınlıq və tərəfdaşlıq onlar üçün Ermənistanla olan bütün assosiasiyalardan qat-qat üstündür", - deyə o bildirib.

Onun sözlərinə görə, bu onu göstərir ki, KTMT-yə üzv olan dövlətlər Azərbaycana dəyər verir, onu özləri üçün yaxın ölkə hesab edir, onunla həmrəydir və qələbəsini, o cümlədən özləri üçün çox mühüm hadisə hesab edir:

"Bu həm də onu göstərir ki, bu ölkələr Ermənistanla münasibətləri korlamaqdan çəkinmirlər və KTMT ölkələrinin sırasında kimin kim olduğunu bilirlər".

O qeyd edib ki, bu, Azərbaycanın həm diplomatik, həm beynəlxalq, həm də iqtisadi müstəvidə böyük qələbəsidir:

"Təbii ki, Azərbaycanın gələcəyi bütün cəbhələrdə hərtərəfli tərəqqi və regionda vəziyyətin yaxşılaşmasıdır. Əgər Ermənistan fikrini dəyişməsə və düzgün qərar verməsə, düzgün nəticə çıxarmasa, o zaman indiki vəziyyətdən də pis vəziyyətlə üzləşəcək".

Tarix
2021.11.28 / 18:54
Müəllif
Axar.az
Digər xəbərlər

İranın Azərbaycandakı hücrələri: Xəbərdarlıq mesajları...

TDT baş katibindən Naxçıvana hücuma reaksiya

Avstriyalı nazir də Bayramova zəng etdi

Daha bir ölkədən Naxçıvana hücumla bağlı bəyanat

Məhəmməd Əmin Rəsulzadənin vəfatının ildönümüdür

Azərbaycan ordunu hazırlıq vəziyətinə gətirdi - İrana mesaj

Naxçıvana hücum: Mirzoyan Bayramova zəng etdi

Bu ölkələrin Baş Qərargah rəisləri Vəliyevə zəng etdi

Naxçıvana dron hücumu ilə bağlı - Bəyanat

AZAL Naxçıvan reyslərini bu şəhərə keçirdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla