Yuxarı

Bakı SOA ölkələri ilə əməkdaşlığa hazırdır - XİN

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı SOA ölkələri ilə əməkdaşlığa hazırdır - XİN

Sakit Okean Alyansı (SOA) təşkilatının III Beynəlxalq Əməkdaşlıq Forumu keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətindən (XİN) Axar.az-a verilən məlumata görə, “Dayanıqlı sosial iqtisadi regional canlanma: beynəlxalq əməkdaşlığın töhfəsi” mövzusunda keçirilən forumda təşkilatın daimi, assosiativ və müşahidəçi qismində 60-dan çox üzv ölkəsinin nümayəndələri, o cümlədən XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov iştirak edib.

Onlayn formatlı forumda çıxış edən E.İskəndərov Alyansın fəaliyyətində müşahidəçi üzv kimi iştirak edən Azərbaycanın şimal-cənub, şərq-qərb istiqamətləri üzrə nəqliyyat tranzit imkanlarının Alyans ölkələri üçün əhəmiyyəti haqda iştirakçıları məlumatlandırıb.

Qırx dörd günlük Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən geniş miqyaslı yenidənqurma işləri haqqında danışan səfir Azərbaycanın bu sahədə də SOA ölkələri ilə əməkdaşlığa hazır olduğunu vurğulayıb.

Forum müzakirələrində iştirak edən nümayəndələr ölkəmizin azad edilmiş ərazilərində həyata keçirilən yenidənqurma təcrübəsinin unikallığını qeyd edərək, bu sahədə əməkdaşlığa maraqlarını ifadə ediblər.

Tarix
2021.11.29 / 22:27
Müəllif
Axar.az
Digər xəbərlər

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla