Yuxarı

Prezidentin yüksək vəzifə verdiyi Emin Hüseynov kimdir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezidentin yüksək vəzifə verdiyi Emin Hüseynov kimdir?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla Emin Zamin oğlu Hüseynov Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.

Axar.az xəbər verir ki, Emin Zamin oğlu Hüseynov 1974-cü ilin 12 noyabr tarixində Sumqayıtda anadan olub, E.Hüseynov orta təhsilini də Sumqayıtda alıb.

O, 1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetini fərqlənmə diplomu ilə bitirib, 1998-ci ildə ABŞ-ın Florida Universitetində magistr, 2009-cu ildə isə Harvard Universitetində təhsil alıb.

Emin Hüseynova 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib.

2021-ci ilin 24 may tarixində Prezident İlham Əliyev Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla Emin Zamin oğlu Hüseynov Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.

Tarix
2021.12.01 / 20:22
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda cəmi 3 qadının bacardığı riskli peşə...

Bakının həbs etdiyi silah baronu “mələyə” çevrilir?

Türkiyə yeni hərbi sistemə keçir: 3 dənizdə güc...

Türk ölkəsində Azərbaycanla bağlı yenilik

Alman qonağı Bakıda heyrətləndirən bina - Foto

Azərbaycanla Keniya arasında memorandum imzalandı

Ən yüksək əmək haqqı bu sahədədir - Deputat

Mikayıl Cabbarov Pəncab əyalətinin baş naziri ilə görüşdü

Sudanla saziş imzalandı: bu şəxslər üçün viza ləğv edildi

Şanxay Mükafatını tanıtmaq üçün bu tədbiri fürsət bilirik...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla