Yuxarı

İrəvandan bəyanatın icrasını Brüssel tələb edəcək?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvandan bəyanatın icrasını Brüssel tələb edəcək?

Ciddi bir gözləntim yoxdur. Qarabağ problemini birdəfəlik və beynəlxalq hüquq çərçivəsində həll etmək üçün Rusiya ilə danışmalı, onu problemin həllinə razı salmalıyıq.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili, BAXCP sədri Qüdrət Həsənquliyev mediaya geniş müsahibəsində Azərbaycan və Ermənistan liderlərinin 15 dekabr Brüsseldə baş tutacaq görüşü haqda bildirib.

Q.Həsənquliyev qeyd edib ki, BMT qətnamələrini yerinə yetirməyi 30 il ərzində Ermənistandan tələb edən olmadı:

“İndi də heç kim tələb etmir ki, 10 noyabr sazişinin tələblərini icra etsin. Bizdən və Tükiyədən başqa bütün maraqlı tərəflər “nə hərb, nə sülh” mövqeyindən çıxış edir. Azərbaycan Brüsseldə onu edə bilər ki, ermənilər və qərbli havadarları rus sülhməramlılarına güvənib, danışıqları daha 30 il davam etdirməyə imkan verməyəcəyimizi başa düşsünlər. Rahat yaşamaq və ölkələrini inkişaf etdirmək istəyirlərsə, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımalıdırlar. Bundan sonra kommunikasiyalar açıla bilər. Ermənistan bunu etməsə, Azərbaycan Laçın dəhlizi daxil, bütün sərhəd boyunca nəzarəti öz əlinə almalıdır”.

Tarix
2021.12.04 / 08:30
Müəllif
Axar.az
Digər xəbərlər

Tiflisdə Əliyevin büstünü zədələyən erməninin cəzası...

Türkiyə Azərbaycanla təlimdən yeni video paylaşdı

Zakir Həsənov bu ölkələrin müdafiə nazirləri ilə görüşdü

Hikmət Hacıyev Kestutis Vaşkele­viçiusla görüşdü

Polkovniklər üçün pensiyaya çıxma yaşı bəlli oldu

Erkən evlilik anlayışı dəyişdi – Yeni qayda

Onların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı

Sultan Qasımovun vəsatəti təmin olunmadı

Zakir Həsənov Haluk Görgünlə görüşdü

Azərbaycan müdafiə sənayesi necə strateji üstünlüyə çevrildi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla