Yuxarı

Zəngəzuru bu cür geri tələb etməliyik - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zəngəzuru bu cür geri tələb etməliyik - Video

Ermənistanın bugünkü mövqeyi belədir ki, hərbi məğlubiyyətə baxmayaraq, ölkəmizə qarşı ərazi iddiasını de-fakto davam etdirir. Bu, İrəvanın Qarabağ mövzusuna yanaşmasında açıq-aydın görünür. Hətta ərazi bütövlüyümüzün tanınması mümkünlüyü ilə bağlı Ermənistan Baş naziri Nikol Paşinyan bəyan edir ki, bu, “artsax”a münasibətə aid deyil.

Axar.az xəbər verir ki, bu sözləri keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov qeyd edib.

O bildirib ki, İrəvanın bu cür mövqeyi bizə “güzgüli siyasət” (qarşılıqlıq prinsipi – red.) tətbiq etməyə imkan verir:

“Məsələn, Zəngəzur və digər rayonların Ermənistana bolşeviklər tərəfindən qanunsuz verilməsi siyasətini həyata keçirə bilərik.

Praktikada bu siyasəti necə tətbiq edəcəyik:

- məsələyə Azərbaycan Milli Məclisi baxacaq;

- Ermənistan parlamentinə tarixi ədaləti bərpa etmək üçün müzakirə aparılması tələbi ilə müraciət qəbul ediləcək;

- Azərbaycan dövlətinin tərkibinə qaytarılması üçün bu ərazilərə xüsusi status təklif ediləcək ki, iki xalqın nümayəndələrinin sülhlə yaşaması təmin edilsin;

- o ərazilərdəki ölkəmizin tərkibində yaşamaq istəməyən şəxslərə kompensasiya ödənilməsinə təminat veriləcək”.

Politoloq qeyd edib ki, bu göstərilənlər tarixi ədalətin bərpası mövzusunun regionda münaqişədən sonrakı nizamlanmanın siyasi gündəliyinə daxil edilməsini təmin edəcək.

Tarix
2021.12.21 / 09:00
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistana 989 ton olan dizel göndərildi

Prezident San Marinonun Regent Kapitanlarını təbrik etdi

İlham Əliyev Pere Joan Pons Sanpietronu qəbul etdi

AB-dən Ermənistana yaşıl işıq - Rusiyaya görə...

Almaniyadan Rusiyaya cavab: minlərlə raket göndərir

Bu türk ölkəsi ilə viza rejimi sadələşdirilə bilər

İlham Əliyev Dmitri Şlapaçenkonu qəbul etdi

İlham Əliyev Çin Baş prokurorunu qəbul etdi

Səudiyyə Azərbaycanda bu işlərə görə 3 milyon ayırdı

Prezident To Lamı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla