Axar.az
Yuxarı

İki post dağılıb, xeyli itki var: İrəvan hissə-hissə açıqlayır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan ordusu təxribata əl atdı. Kəlbəcər istiqamətində hərbçimiz şəhid oldu. Cavab atəşiylə Ermənistan ordusunun iki postu darmadağın edildi, xeyli itkisi var. Ermənistan rəhbərliyi cəmiyyətini qorxutmamaq üçün itkilərinin sayını hiss-hissə yayımlayır.

Axar.az xəbər verir ki, bu fikirləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu səsləndirib.

Politoloq xatırladıb ki, sonuncu dəfə oxşar insident ötən ilin 16 noyabrında əvvəlində qeydə alınmışdı:

“O zaman Rusiyanın müdafiə naziri Sergey Şoyqu Bakıya və İrəvana zəng etdikdən sonra vəziyyət müvəqqəti sabitləşdi. Noyabrın 26-da isə Rusiya, Azərbaycan və Ermənistan liderləri Soçidə üçtərəfli görüş keçirdilər. Görüşdən sonra yayımlanan açıqlamada bildirilirdi ki, kommunikasiya xətlərinin açılması və sərhədin müəyyənləşdirilməsi vacibdir. Azərbaycanla Ermənistan arasında sərhədin müəyyənləşdirilməsi məqsədilə Rusiyanın iştirakıyla növbəti üçtərəfli komissiya yaradılacağı açıqlandı.

Buna baxmayaraq, nə kommunikasiya xətlərinin açılması, nə də sərhədlərin müəyyənləşməsi məqsədilə ortaq komissiyanın yaradılmasından xəbər var. Azərbaycan və Ermənistan liderləri Soçi görüşündən təxminən iki həftə sonra Brüsseldə görüşdülər. Bu dəfə vasitəçi kimi Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel çıxış edirdi. Brüsseldəki görüşdə də sərhədlərin müəyyənləşməsi vacibliyi vurğulandı. Ancaq sərhəddə dünənki insident göstərdi ki, Soçi və Brüsseldəki razılaşmalar yerinə yetirilmir. Çünki nə qədər ki tərəflər arasında sülh sazişi imzalanmayıb, nə qədər ki sərhəd müəyyənləşməyib və nə qədər ki razılaşmaların əksinə olaraq kommunikasiya xətləri açılmayıb, sərhəddə gərginlik azalmayacaq”.

Ekspert qeyd edib ki, Ermənistan hakimiyyətinin sərhəddə təxribatları artırmaqla, Qazaxıstandakı hadisələrdən həvəslənərək, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını oyuna cəlb etmək istəyir. Ermənistan təxribatlarla təşkilatın nəbzini yoxlayır, bundan sonra “bizə kömək edin” şəkilində müraciətləri istisna deyil:

“Ancaq bu nəbz yoxlaması Baş nazir Nikol Paşinyana baha başa gələ bilər. Azərbaycan Ordusu təxribata cavab olaraq Ermənistanın iki postunu dağıtdı və göstərdi ki, Ermənistanın dostlarının kimliyindən asılı olmayaraq, bundan sonra da təxribatlarına artıqlamasıyla cavab veriləcək”.

Qeyd edək ki, Ermənistanın ötən gün Kəlbəcər istiqamətində təxribatı nəticəsində bir əsgərimiz şəhid olub. Azərbaycan Ordusunun cavab tədbirləri ilə, rəsmi açıqlamaya görə, 3 erməni əsgər məhv edilib, 2-si yaralanıb.

Bəzi qeyri-rəsmi mənbələr isə Ermənistanın iki hərbi postunun dağıdıldığı və 8 əsgərinin məhv edildiyini bildirir.

Tarix
2022.01.12 / 13:45
Müəllif
Nazlı Onur
Şərhlər
Digər xəbərlər

Azərbaycan ordusunun zabiti vəfat etdi

Aksiyalar üçün ideal bir zəmin yaranıb - Saakaşvili

“Buta” Premyer liqadan çıxarıldı, “Şuşa” Piterə gedir

Maslyakov KVN-in “Bakı liqası”nı ləğv etdi

Özümüzü aldatdıq, nəticə də 44 günlük müharibə oldu - Video

Belə bir münaqişə mövcud deyil – Seyidov tənqid etdi

Ermənilər Tovuz istiqamətində mövqelərimizi atəşə tutdu

Erməni nazirdən Zəngəzur açıqlaması

Azərbaycandan açıqlama gözləyirik... - Mirzoyan

Təzyiqlər var: manat ucuzlaşa bilərmi? - Vahid Əhmədov

KULT
<>
Xəbər xətti
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla