Yuxarı

Hərbçilər variantlar təqdim etdi: Putin hücum əmri verəcəkmi?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hərbçilər variantlar təqdim etdi: Putin hücum əmri verəcəkmi?

Rusiya Prezidenti Vladimir Putin ötən ilin sonunda keçirdiyi geniş mətbuat konfransında Qərbi hədələmişdi. Kreml sahibi demişdi ki, əgər Qərb onun şərtlərini qəbul etməsə, ağır nəticələriylə üzləşməli olacaq.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu təhlükəsizlik zəmanəti ilə bağlı Rusiya-NATO və Rusiya-ABŞ danışıqları haqda qeyd edib.

Politoloqun fikrincə, Putin “ağır nəticə” dedikdə Ukraynaya hücum əməliyyatını nəzərdə tutulurdu:

“Təsadüfi deyil ki, Rusiya Ukrayna ilə sərhəddə aylardır yüz minlik qoşun saxlayır. Putin onu da demişdi ki, Vaşinqton və NATO rəhbərliyi ilə danışıqlara hazırdır, ancaq nəticə əldə edilməsə, planlaşdırdığını edəcək”.

Politoloq bildirib ki, danışıqlar nəticə vermədi, Vaşinqton və Brüssel Kremlin ultimatumlarını qəbul etməyib:

“Bu vəziyyətdə Putin planlaşdırdığını edəcəkmi? Rusiyada Ukrayna ilə müharibə ssenarisinə heç də hamı hazır deyil. Misal üçün Qərblə danışıqlarda Rusiyanı təsmil edən Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib ki, hərbçilər Vladimir Putinə müxtəlif variantlar təklif ediblər, “ancaq diplomatiyaya şans vermək lazımdır”.

Ryabkovun sözlərindən nə anlamaq olar? İki variant var. Birinci variant odur ki, Rusiya diplomatları ilə hərbçiləri arasında Ukrayna məsələsində fikir ayrılığı var. İkincilər müharibəyə hazırlaşır, birincilər isə danışıqları davam etdirmək istəyirlər. İkinci variant odur ki, Kreml sahibi Ryabkovun diliylə geri addım atıb, masadan qalxmayacağına işarə edib”.

Tarix
2022.01.14 / 01:14
Müəllif
Nazlı Onur
Digər xəbərlər

Türkiyədə işlənən sözlərdən niyə qaçırıq?

Ruben Vardanyanın maliyyə şəbəkələri ilə bağlı yeni faktlar

AzTV İranın bu hücumlarına cavab verəcək - Video

Erməni cinayətkarların məhkəməsi keçirildi

Ukrayna daha bir ölkə ilə savaşa girdi - Səbəbi...

İstanbul və Qarsdakı baş konsullar geri çağırıldı - Yeni təyinat

Biz çıxırıq, Azərbaycan isə sürətlə... - Çarukyan

Tokayev bunu Putinin üzünə dedi və imtina etdi

Bu ölkə Azərbaycana fəxri konsul təyin etdi - Foto

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla