Yuxarı

Müdafiə Nazirliyindən kadr dəyişikliyi ilə bağlı - Açıqlama

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Müdafiə Nazirliyindən kadr dəyişikliyi ilə bağlı - Açıqlama

Müdafiə Nazirliyində aparılan yerdəyişmələrlə bağlı məsələdə kriminal axtarmağa ehtiyac yoxdur.

Bu barədə Axar.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Mətbuat Xidmətinin məlumatına görə, bu cür dəyişikliklər təbii qəbul edilməlidir:

"2014-cü ilin yekunları və ondan sonrakı dövrdə müxtəlif sahələr üzrə Silahlı Qüvvələrdə aparılan yoxlamaların nəticələrindən sonra nöqsanlara yol verən hərbi qulluqçular bir neçə dəfə xəbərdar ediliblər. Müdafiə Nazirliyi rəhbərliyinin cəbhəboyu zonadakı apardığı son yoxlamaların nəticələrinə əsasən əvvəllər edilən xəbərdarlıqdan nəticə çıxarmayan şəxslər barədə müvafiq qərarlar qəbul edilib, nöqsanlara yol verənlərin bir qismi aşağı vəzifəyə keçirilib, digərləri isə kənarlaşdırılıb. Eyni zamanda, nailiyyətləri olan şəxslər vəzifədə irəli çəkilib. Bu kimi tədbirlər Silahlı Qüvvələrimizdə mütəmadi olaraq həyata keçiriləcəkdir. Media nümayəndələrinə bu məsələdə qeyri-adilik axtarmamağı, kimin hansı rütbədə, hansı vəzifəyə təyin olunması və kənarlaşdırılması barədə məlumatları yaymamağı bir daha tövsiyə edirik".

Qeyd edək ki, "Aznews.az" saytı Müdafiə Nazirliyindən Hərbi hava hücumlarından müdafiə qoşunlarının rəisi, polkovnik-leytenant Tofiq Abbasovun, Silahlı Qüvvələrin Avtomobil Xodməti rəisi, polkovnik Kamran Məlikovun, Yanacaq Xidməti rəisi, polkovnik Hüseyn Vəliyevin, Zirehli Tank Xidməti rəisi, polkovnik Elxan Hüseynovun, Ərzaq Xidməti rəisi, polkovnik Malik Qurbanovun, Maddi-texniki təminat baş idarəsinin rəis müavini, polkovnik Yaqub Əhədovun istefaya göndərildiyi haqqında məlumat yaymışdı. Məlumatda həmçinin Silahlı Qüvvələrin Baş İnspeksiyası İdarəsinin 25 nəfərə yaxın zabit heyətinin hamısının vəzifədən azad edildiyi, onların əksəriyyətinə cinayət işi açıldığı və 5 nəfərin həbs edildiyi bildirilib.

Tarix
2015.08.19 / 12:30
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Bundestaqın nümayəndələri Şuşa və Xankəndidə

Xəzər dənizindəki gəmilərə xəbərdarlıq edildi

Ermənistanın cənubu şimalı ilə Naxçıvan vasitəsilə...

Bu razılaşma ilə bağlı problem var, 4 məktub göndərmişik

Tokayev Azərbaycanla bağlı bu sazişi imzaladı

Azərbaycan və Türkiyə hərbçiləri təlimə başladı

Prezident Babişin səfəri ilə bağlı video paylaşdı

İtaliya Naxçıvana hücumu qınadı

Vilayət Eyvazov gürcü həmkarını Bakıya dəvət etdi

Prezident Azərbaycanın iqtisadi vəziyyətindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla