Yuxarı

Deputat oğlu Aynar danışdı: “Mənə damğa vurdular, amma...”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il yox, amma gələcəkdə deputatlığa namizədliyimi verməyi düşünürəm. Məncə, bu uğurlu bir addım olar.

Axar.az xəbər verir ku, bunu deputat Elton Məmmədovun oğlu Aynar Məmmədov (nazir Ziya Məmmədovun qardaşı oğlu) geniş müsahibəsində deyib.

Deputat oğlu Baku.ws-ə avtoşluq etməsi barədə bir müddət əvvəl yayılan söz-söhbətə də aydınlıq gətirib:

"Sürəti sevən adamam. Sükan arxasına oturan şəxs hər şeydən əvvəl öz həyatını, təhlükəsizliyini gözünün önünə gətirməlidir. "Avtoşluq" kəlməsi mənə aid deyil. Bu anlayışdan çox uzaq bir insanam. Həm də yaşımın elə dövrü deyil ki, avtoşluq edim. Amma avtomobillərə qarşı xüsusi sevgim var".

Aynar barəsində yayılan bəzi xəbərlərin ona təsir etdiyini deyib:

"Haqqımda yazılan gərəksiz, lazımsız xəbərləri oxumaq heç də xoş olmadı. Mənə avtoş damğası vurdular. Amma ortada faktı əks etdirən və mənim avtomobilimin dövlət nömrə nişanı olan video-çarx yox idi. Çox qara yaxdılar, çox böhtan atdılar. Amma heç biri bizim adımıza ləkə gətirə bilmədi".

O, jurnalist Rasim Əliyevin döyülüb ölməsi faktını pisləyib:

"Bu işdə əli olan günahkarlar cəzasız qalmazlar. Bəzi jurnalistlərə isə xüsusi hörmətim var. Onlardan da özümə qarşı hörmət görürəm".

A.Məmmədov əmisi, Nəqliyyat naziri Ziya Məmmədovdan da danışıb:

"Əmilərimin hamısı ilə əla münasibətim var, onları çox istəyirəm. Ziya əmimi daha çox istəyirəm. Çünki onun yeri başqadır".

A.Məmmədov əmisi oğlu Anar Məmmədovla münasibətlərinə də toxunub:

"Onunla çox yaxşı və mehriban münasibətimiz var. O, dövlətimizin inkişafı istiqamətində müəyyən uğurlu fəaliyyətlər həyata keçirir. Tez-tez görüşürük. Məndən yaşca böyükdür. Böyük kimi də məndən məsləhətlərini əsirgəmir".

O, çox az mütaliə etdiyini, amma dini kitablara marağı olduğunu vurğulayıb:

"Anlayışım olsun deyə dini kitabları oxumağa üstünlük verirəm. Hər kəs kimi gündəlik işlərimlə məşğul oluram. İçki içmirəm. Əyləncə mərkəzlərinə getmirəm".

Aynar incəsənətə meyilli olduğunu deyərək gələcəkdə özünü aktyor kimi sınamağı da düşünür:

"Muğam və aşıq musiqilərini sevmirəm. Bəzi xalq mahnılarına isə qulaq asıram. Ritmik musiqilərə daha çox üstünlük verirəm. Romantik deyiləm. Lirikanı isə sevmirəm. Musiqidən professional dərəcədə anlayışım var. Pianoda ifa edirəm, notları bilirəm. Bəstəkarlıq barəsində isə heç vaxt düşünməmişəm".

Tarix
2015.08.20 / 11:34
Müəllif
Emil Salamoğlu
Digər xəbərlər

Paşinyanın tarixi səfəri – Ərdoğandan 3 istəyi var…

Üstünlük İsraili tərk edir, İran özünə gəlir - Tramp niyə gözləyir?

Diplomatların Laçın səfəri ilə bağlı paylaşım - Video

Ceyhun Bayramov Türkiyəyə səfər etdi

İflic durumda olan İranın Araz sahilində düşmən axtarışı

XİN-dən Ümumdünya Qaçqınlar Günü ilə bağlı paylaşım

Azərbaycan daha bir komitəyə üzv seçildi

Bayramov Kaya Kallasla danışdı

Diplomatlar Laçında səfərdədir...

İlham Əliyev UFC prezidentini qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla