Yuxarı

Rusiya Ukrayna gərginliyindən milyardlar itirir – Şok rəqəm

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya Ukrayna gərginliyindən milyardlar itirir –

Son 1 ayda xarici səhmdarlar Rusiyadakı səhmlərini böyük miqdarda sataraq, valyutaya çeviriblər və ölkədən çıxarılmasına çalışıblar. Müxtəlif mənbələrə görə, son 2 ayda Rusiyadan 40 milyard dollara yaxın vəsait çıxıb. Səhm bazarından, Rusiya dövlətinin 3, 5, 10 illik borc kağızlarından xarici investorlar çıxırlar.

Bu sözləri Axar.az-a iqtisadçı Natiq Cəfərli Rusiya-Ukrayna arasında davam gedən gərginliyin Rusiya iqtisadiyyatına təsiri barədə danışarkən deyib.

“Kapital, obrazlı dillə desək, ürkək ceyran kimidir. Harada müharibə, iğtişaş, qarşıdurma təhlükəsi varsa, kapital həmin bölgədən qaçmağa və özünü sığorta etməyə çalışır. Ona görə də bu, gözlənilən idi. Ukraynada da eyni vəziyyətdir. Ukrayna səhm bazarından da kapital axını var”, - N.Cəfərli bildirib.

Onun sözlərinə görə, qarşıdurma haqda məlumatlar uzandıqca hər iki ölkənin iqtisadiyyatına zərbə dəyir:

“Lakin Rusiya iqtisadiyyatı Ukrayna iqtisadiyyatından ən azı 10 dəfə böyükdür. Bu səbəbdən Rusiyadan 40 milyard çıxsa belə, böyük məbləğ olmasına baxmayaraq, bu, Rusiya iqtisadiyyatına əzici zərbə vurmur. Ukraynada ÜDM təqribən 100 milyarda yaxındır. Ukraynadan 5-10 milyarda yaxın vəsaitin çıxarılması artıq ölkə iqtisadiyyatına ciddi mənfi təsir göstərir. Əgər bu gərginlik səngiməsə, hər iki ölkədən kapital qaçışı davam edəcək”.

Tarix
2022.02.01 / 15:39
Müəllif
Aytəkin Qardaşova
Digər xəbərlər

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla