Yuxarı

Ölkədə yoluxma bir ay ərzində pik həddə çatacaq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ölkədə yoluxma bir ay ərzində pik həddə çatacaq

İnsanlarda müəyyən qədər arxayınlıq yaranıb. Bu səbəbdən buster doza ilə peyvəndlənənlərin sayında azalma müşahidə edilir.

Axar.az xəbər verir ki, bunu Report-a açıqlamasında infeksionist-hepatoloq Mərdan Əliyev bildirib.

O vurğulayıb ki, son günlər yoluxma sayının kəskin artması buster doza vurdurmağın vacibliyinə diqqət çəkir:

"Bunun üçün də maarifləndirmə işləri aparılmalıdır. Omikrona yoluxma sayında da getdikcə artım çoxalır. İndi hamı xəstədir. Ölkəmizdə olan peyvəndərin hamısı koronavirusun bütün ştamlarına qarşı effektivdir".

Mərdan Əliyev qeyd edib ki, xüsusilə risk qrupuna daxil onların buster doza ilə peyvəndlənməsi olduqca vacibdir:

"Çünki onlar virusa yoluxsa, xəstəliyi ağır keçirə bilərlər. Həmçinin evdə yaşlı, xroniki xəstə, azyaşlılar olan şəxslər də xüsusilə diqqətli olmalıdır. Ailə üzvlərinin yoluxmasını istəmirlərsə, peyvəndlənməlidirlər. Bilirik ki, vaksin vurdurandan sonra təxminən bir ay ərzində effektivliyini göstərməyə başlayır. Hadisələrin gedişatı göstərir ki, bir ay ərzində Azərbaycanda yoluxma sayı pik həddə çatacaq, sonra da kəskin düşəcək".

"Buster doza vurulmayanda daha əvvəl vurulan iki dozanın effekti azalır. Amma buster doza adından da göründüyü ki, gücləndirici effekt verir. Yəni effektivlik 10 dəfəyə qədər artır və virusa qarşı antitellərdə kəskin artım olur", - həkim deyib.

Qeyd edək ki, bu gün Azərbaycanda koronavirusa sutkalıq yoluxma 7 mini ötüb. 26 nəfər isə vəfat edib.

Tarix
2022.02.05 / 01:57
Müəllif
Axar.az
Digər xəbərlər

Tramp Əliyevlə qurduğu sıx əlaqələrlə fəxr edir - Səfir

Murad Köhnəqalanın ailəsini aldadıb, torpağını ələ keçirdilər

Xocalı soyqırımının qurbanlarının qisası alınıb...

Bayramov Fuad Oqtay və Şamxaradze ilə görüşdü

Fuad Oqtay Bakıda Türk Şəhidliyini ziyarət etdi

Asif Məmmədovun Rusiya vətəndaşlığı ləğv edildi

Prezident estoniyalı həmkarını təbrik etdi

Müşfiq Abbasovun həbsinə bu sözlər səbəb oldu

Milli Məclisin növbəti plenar iclası başladı

Azərbaycan XİN Estoniyanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla