Yuxarı

BNA-nın taleyi necə olacaq? – Ekspertlər danışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin fərmanına əsasən, Bakı Nəqliyyat Agentliyi publik hüquqi şəxs statusu ilə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verildi. Şübhəsiz ki, bu fərmandan sonra BNA-nın nizamnaməsində, kadrlarında dəyişikliklər olacaq.

Bu sözləri Axar.az-a açıqlamasında nəqliyyat üzrə ekspert Aqil Rəhimov deyib.

“Bundan əvvəl parklanmaya görə cərimələri həm DYP, həm də BNA tətbiq edirdi. Bəzən bir avtomobilə iki qurum eyni anda cərimə yazırdı. Yəqin ki, bundan sonra belə halların qarşısı alınar. Fərmana görə, BNA-nın tabeliyində olan “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyət Daxili İşlər Nazirlyinin tabeliyinə verildi. Bu da öz növbəsində müsbət haldır”, - A.Rəhimov bildirib.

Ekspert qeyd edib ki, bu yaxınlarda yeni cərimələr qüvvəyə minəcək:

“Yol ayrıclarında, səkilərdə və ikinci cərgədə dayanmağa görə cərimələr ikiqat artaraq 40 manat olacaq. Bu da hesab edirəm, qayda pozuntularının sayını azaldacaq”.

Nəqliyyat eksperti Elməddin Muradlı isə bildirib ki, BNA-nın parklanma ilə bağlı geniş səlahiyyətləri olsa da, vətəndaşlarla ünsiyyətdə, onları qayda-qanuna dəvət etməkdə çox çətinlik çəkir:

“BNA-nın məhdud şəxsi heyəti bu gün yalnız şəhərin mərkəzi küçələrində, prospektlərdə xidmət apara bilirlər. Digər ərazilərdə DYP xidmət aparır. Kənardan baxanda eyni funksiyanı iki qurumun yerinə yetirməsi uyğunsuz görünür”.

Ekspert hesab edir ki, bundan sonra parklanma ilə bağlı cərimələri BNA yazmayacaq:

“Fərmana görə, artıq şəhərdəki bütün kameraları DİN nəzarətə götürəcək. Parklanma tariflərinin necə olacağı bilinmir. Bildiyim qədəri ilə, Nazirlər Kabinetinə göndərilən sənədlərdə kifayət qədər ciddi rəqəmlər ortaya qoyulub. Yəqin ki, NK əhalinin indiki güzəranını nəzərə alaraq qərar verməkdə tələsmir. Bu gün “parkovşiklər” dediyimiz “sarı jiletlilər” o pulları yığıb hara və kimə aparır, heç kim bilmir. Artıq o pulların qanuni şəkildə dövlət büdcəsinə getməsinin zamanıdır. Hesablamalarıma görə, ayda təxminən 300-350 min manat kimlərinsə cibinə gedir. Bu pulla aya iki avtobus almaq olar. Fərmanda da BNA tərəfindən əldə olunan gəlirlərin dövlət büdcəsinə yönləndirilməsi öz əksini tapıb”.

Tarix
2022.02.09 / 13:23
Müəllif
Aytəkin Qardaşova
Şərhlər
Digər xəbərlər

Səttar Möhbalıyev vəzifədən gedərkən nə istəyib?

UNFCCC-nin texniki missiyası COP29-a görə Bakıda - Foto

Mehriban Əliyevadan Zəkiyevlə bağlı paylaşım

Bu fikirlər qurumun rəsmi mövqeyi sayılmamalıdır - Hüseynova

COP29-a hazırlıq nə yerdədir? - Nazir müavini

Azərbaycan XİN Braziliyanı təbrik etdi

Ağardan Zəngəzur açıqlaması: İranın qorxusu...

İlham Əliyev 2 fərman imzaladı

Hərbçilərə verilən kreditlərə maliyyə dəstəyi göstəriləcək

İrandan Zəngəzur dəhlizinə qarşı növbəti bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla