Yuxarı

Ukraynanın müsibətləri bu tarixdən başladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukraynanın müsibətləri bu tarixdən başladı

90-cı illərin əvvəllərində SSRİ dağılanda Rusiya ilə NATO arasında gələcəyi müəyyən etmək üçün bir sıra sazişlər imzalandı. Konkret olaraq İstanbul və Helsinki sazişləri ilə NATO Rusiyaya şərqə doğru irəliləməmə sözü verdi. Əvəzində isə Rusiya Şərqi Avropadan əl çəkməyə razı oldu. Polşa NATO ilə Rusiya arasında “faktiki sərhəd” müəyyən edildi. Yəni Ukrayna arada tampon bölgə olaraq qaldı. Elə Ukraynanın müsibətləri də bundan sonra başladı.

Axar.az xəbər verir ki, bu sözləri tanınmış jurnalist, siyasi şərhçi Ruslan Bəşirli qeyd edib.

Onun fikrincə, bütün bunlar baş verərkən ABŞ düşünürdü ki, SSRİ-nin dağılmasından sonra Rusiya uzun müddət yaşaya bilməyəcək və hissələrə parçalanacaq:

“Bu haqda ABŞ-ın bir sıra keçmiş siyasətçisinin etirafları da var. Lakin Rusiyanın başına Putin gətirildi və gerisi artıq məlumdur. NATO, konkret olaraq ABŞ isə şərqə doğru genişlənmə siyasətini rəngli inqilablarla davam etdirməyə başladı.

2004-cü ildə Qərb Ukraynada Yuşşenkonu hakimiyyətə gətirsə də, cəmi 5 il sonra hakimiyyətə Rusiya ilə Qərb arasında balans qurmağa çalışan Yanukoviç gəldi. Ukraynanın qlobal güclər arasında parçalanma ehtimalını görən Yanukoviç həm Avropa Birliyi və NATO ilə, həm də KTMT ilə məsafəli davranmağa başladı. 2014-cü ildə Yanukoviç qan-qada ilə müşahidə olunan rəngli inqilabla devrildi. Bundan sonra Moskva özünün işğal siyasətinə start verdi. Krım işğal edildi, lakin Ukraynanın hansısa bir ərazisinin işğal edilməsi umurunda belə olmayan ABŞ buna səssiz qaldı.

Daha sonra Rusiya Donetsk və Luqanskdakı rusları işə qatdı və Ukraynanın parçalanmasına start verildi. Donetsk və Luqanskdakı məsələni həll etmək üçün Minsk Qrupu formalaşdırılsa da, ABŞ Kiyevin Minsk Qrupu qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsinə imkan vermədi. Bununla da ABŞ Rusiya ilə birgə Ukraynanın ərazi bütövlüyünə zərbə vurdu. Və ən nəhayət son proseslər...”

R.Bəşirli itirənin yalnız Ukrayna olduğu qənaətindədir:

“Ukrayna tək torpaq itirməyib, sosioloji olaraq da Ukrayna cəmiyyəti Qərb və Şərq olaraq iki yerə bölünüb. Müharibə məsələsi ortaya çıxandan sonra Ukrayna hər ay 3 milyard dollar ziyandadır. Bu, ABŞ-ın və ya Rusiyanın umurundadırmı? ABŞ üçün əsas məsələ Rusiyanı daha çox şərqə doğru itələmək, Moskvaya daha da yaxınlaşmaq və Rusiyanın Qara dənizə çıxışını bağlamaqdır. Moskva isə bu proseslərdən istifadə edərək, köhnə-yeni üsulla, yəni zor gücü ilə daha çox Ukrayna torpaqlarını işğal etməyi planlaşdırır. Nəticədə itirən kimdir? Cəmiyyəti amerikan və ruslar tərəfindən yarı-yarıya bölünmüş Ukrayna”.

Tarix
2022.02.22 / 15:57
Müəllif
Nazlı Onur
Digər xəbərlər

Putin və Şara nələri müzakirə edib? - Kremldən açıqlama

Mehdiyev dedi ki, Bakıda bir tualetim də yoxdur - Video

Mehdiyevin çevriliş cəhdində İmişli detalı - İlginc

Putin Düşənbədə Əliyevə Ramiz Mehdiyev haqda nələr deyib?

Fransa ilə anlaşılmazlığa səbəb olan məsələlər... - Prezident

İlham Əliyev Fransanın yeni səfirini qəbul etdi

Ramiz Mehdiyevin dövlət çevrilişi planını Rusiya ifşa edib - Şok

Tramp istəyir: Azərbaycan ordu göndərəcəkmi?

Paşinyan Əliyevlə görüşündən danışdı

Prezident Mariyana Kuyundziçi qəbul etdi - Foto

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla