Yuxarı

Putinin Əliyevə münasibətini gördünüzmü? - Qalustyan

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İlham Əliyev Vladimir Putinlə Donetsk və Luqansk “xalq respublikaları”nın tanınması haqqında fərman imzalandıqdan sonra danışıqlar aparan ilk xarici lider oldu. Cənab Əliyev Moskvaya hələ fevralın 21-də, Rusiya Prezidentinin Təhlükəsizlik Şurasının iclasını keçirdiyi gün gəlmişdi, sonra Putin xalqına müraciət etdi və dərhal sonra Azərbaycan liderini salamladı. Bu, Əliyevin Putin üçün nə qədər böyük avtoritetə malik olmasının bariz nümunəsidir.

Axar.az xəbər verir ki, bu sözləri erməni politoloq Qraçya Qalustyan Azərbaycan liderinin Rusiya üçün tarixi bir gündə Moskvaya səfəri haqda qeyd edib.

“Əliyevin Moskvaya budəfəki səfəri zamanı müttəfiqlik haqqında Bəyannamə imzalandı. O, 43 maddədən ibarətdir ki, onların hər biri Ermənistana praktiki olaraq müəyyən zərbəyə malikdir. Bunu deyə bilərik ki, Rusiya bizə xəyanət etdi. İndi həqiqətən heç kimə lazım deyilik. Artıq Rusiya Federasiyası və Azərbaycan Respublikası Silahlı Qüvvələri qarşılıqlı əlaqələri dərinləşdirəcək, o cümlədən birgə əməliyyat və döyüş hazırlığı tədbirlərinin keçirilməsi, habelə ikitərəfli hərbi əməkdaşlığın digər istiqamətlərini inkişaf etdirəcəklər. Bu Bəyannamənin 13-cü bəndində qeyd edilmişdir. Artıq Moskva ən müasir silahlarını Bakıya göndərəcək.

Əliyev Moskvada bəyan edib ki, bütün erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılması və kommunikasiyaların açılması Ermənistanın hüquqi öhdəliyidir. Belə çıxır ki, bölgədəki vəziyyət barədə Ermənistanı fakt qarşısında qoyaraq ölkəmizin fikrini nəzərə almadan razılığa gəlmək olar və belə də olur. Rusiya da bununla razıdır, Türkiyə də buna kömək edir. İran da yeni reallıqla barışır. Biz, həqiqətən də hər şeydən kənarıq.

Belə çıxır ki, erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılmasına yaxın vaxtlarda başlanılacaq”, - deyə Qalustyan yazıb.

Tarix
2022.02.23 / 13:44
Müəllif
Əli Məmmədov
Şərhlər
Digər xəbərlər

Səttar Möhbalıyev vəzifədən gedərkən nə istəyib?

UNFCCC-nin texniki missiyası COP29-a görə Bakıda - Foto

Mehriban Əliyevadan Zəkiyevlə bağlı paylaşım

Bu fikirlər qurumun rəsmi mövqeyi sayılmamalıdır - Hüseynova

COP29-a hazırlıq nə yerdədir? - Nazir müavini

Azərbaycan XİN Braziliyanı təbrik etdi

Ağardan Zəngəzur açıqlaması: İranın qorxusu...

İlham Əliyev 2 fərman imzaladı

Hərbçilərə verilən kreditlərə maliyyə dəstəyi göstəriləcək

İrandan Zəngəzur dəhlizinə qarşı növbəti bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla