Yuxarı

Pilotumuzun xatirəsinə 130 saat istehsal olundu - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda İlk Dəqiq Mexanizimlər İstehsal edən VMF Natural Frequencies Saat Fabriki Azərbaycanın ilk hərbi təyyarəçisi Fərrux ağa Qayıbovun 130 illiyi ilə əlaqədar olaraq 130 ədəd məhdud sayda AVİATOR saatı istehsal edib.

Axar.az xəbər verir ki, DTX Mədəniyyət Mərkəzində keçirilən təntənəli mərasimdə çıxış edən, VMF Natural Frequencies Saat Fabrikinin də daxil olduğu ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev Azərbaycanın əfsanəvi pilotlarına və şəhid pilotlarımızın ailələrinə dərin təşəkkürünü bildirib. Hərb tariximizin vacib səhifələrindən olan Hərbi Hava Qüvvələrinin düşmənlə ağır döyüşlərndən danışan Vahid Mustafayev bu saatı məhz onlara ithaf etdiyini söyləyib.

VMF NF Saat Fabrikinin direktoru Orxan Məmmədov sözügedən saat barədə danışaraq qeyd edib ki, saatın siferblatı İlya Muromets təyyarəsinin bortundakı indikator formasında dizayn edilib. Kəməri ilməli vintaj dəridən biçilib, arxa qapağında Fərrux ağa Qayıbovun emblemi fiber optik texnologiya ilə həkk olunub.

Daha sonra tədbirdə Qarabağ müharibəsi dövründə reportyor Vahid Mustafayevin videolentə aldığı - pilotlarımızın şücaəti, helikopter qəzaları və s. barədə eksklüziv kadrları və pilotlar barədə videoçarxlar nümayiş etdirilib. Çıxış edən pilotlar, Qarabağ müharibəsində həlak olan pilotların ailə üzvləri bu möhtəşəm layihəyə görə VMF Saat Fabrikinə və onun təsisçisi Vahid Mustafayevə təşəkkür ediblər.

Daha sonra Azərbaycanın Birinci və İkinci Qarabağ Vətən müharibələrində ərazilərimizin qorunması və azad edilməsində mərdlik və cəsarət göstərən pilotlarımız, o cümlədən Fərrux ağa Qayıbovun ailə üzvü olmaqla, şəhid pilotlarımızın ailələri də bu saatlarla təltif edilib. Təltif olunanlar sırasında ilk təyyarəçı qadın pilotumuz Leyla Məmmədbəyova və ilk hərbi qadın pilotumuz Züleyxa Seyidməmmədova, Qarabağ müharibəsində səmada şücaət göstərən milli qəhrəmanlar Ərəstun Mahmudov, Səfa Axundov və Viktor Seryogin, Yavər Əliyev, adı ilk hərbi pilotlarımızın sırasında çəkilən Vaqif Qurbanov, Urfan Vəlizadə, Təbriz Musayev, Əbu Bəkir İsmayılov, Zaur Nudirəliyev, Ramiz Qasımovun ailə üzvlərinə, Azərbaycan səmasının əfsanə adlarından sayılan Bayram Muxtarov, Kazım Abbasov, Xanlar Səttarov və Rafiq Səlimov və digərləri olub.

Tarix
2022.02.23 / 18:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya qarşı “kəskin mövqeli” Marukyan niyə qovuldu?

Azərbaycanda ceyran dərisinə yazılan Quran satılır – Qiyməti

Bayramov ilk dəfə açıqladı: Berlində bunu müzakirə etdik

Bayramov qazax həmkarı ilə görüşdü - Foto

Şolts aldatmaq istəyirdi, ifşa oldu – Lavrovdan sərt reaksiya

Korsikada "Qlobal"ın çəkilişinə müdaxilə edildi - Video

Türkiyə ilə əlaqələrin dünyada bənzəri yoxdur - Bayramov

AB “missiyası” sərhədimizdən gedəcək? Bəs, Rusiya?

Bayramov Popşoya sülh prosesindən danışdı - Foto

İrəvanla bu görüşlərin vacib əhəmiyyəti var - Nazir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla