Yuxarı

ATƏT-dəki nümayəndəliyimiz bəyanat yaydı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının ATƏT yanında daimi nümayəndəliyi ATƏT/DTİHB-nin Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı hesabatına cavab olaraq bəyanat yayıb.

APA-nın verdiyi məlumata görə, bəyanatda deyilir ki: "ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (ATƏT / DTİHB) Ehtiyacların Qiymətləndirilməsi üzrə Missiyasının (EQM) Azərbaycan Respublikasında qarşıdan gələn parlament seçkiləri ilə bağlı 31 avqust 2015-ci il tarixli hesabatına cavab olaraq Azərbaycan Respublikasının ATƏT yanında Daimi Nümayəndəliyi təəssüf hissi ilə bildirir ki, seçkilərin şəffaf və ədalətli keçirilməsi üçün Azərbaycan Hökuməti tərəfindən atılan addımlar həmin məruzədə qeyd edilməyib.

"Əvvəlki dövrlərdə olduğu kimi, EQM tapıntılarının əksəriyyəti ilk növbədə dar çərçivənin narahatlığı əsasında formalaşdırılır. EQM-in hesabatı Azərbaycan cəmiyyətinin baxışını tam spektri ilə əks etdirməyi bacarmayıb. Əksinə olaraq, DTİHB ekspertləri Azərbaycanda birtərəfli seçkiqabağı siyasi mənzərə təqdim etməyə cəhd edən bəzi üçüncü tərəf mənbələrinə istinad ediblər. Missiyanın fikrincə, EQM-in hesabatı DTİHB seçki müşahidə metodologiyasının etibarlılığını sarsıdır və onun tövsiyələri Azərbaycanda genişmiqyaslı ATƏT / DTİHB müşahidə missiyasının yerləşdirilməsi üçün kifayət qədər əsas ola bilməz".

Tarix
2015.09.02 / 00:47
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla