Yuxarı

Rza Zərrabla həbs olunan azərbaycanlılar kimdir? – Özəl

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rza Zərrabla həbs olunan azərbaycanlılar kimdir? – Özəl

Türkiyə gündəminə bomba kimi düşən və kütləvi həbslərlə müşayiət olunan 17 dekabr rüşvət əməliyyatında həbs olunan azərbaycanlılar "Qapalı Çarşı" bazarında valyutadəyişmə məntəqəsinin sahibi olublar.

"Axar.az"ın Türkiyədəki özəl mənbədən əldə etdiyi məlumata görə, soyadları və ittihamları bu vaxta qədər açıqlanmayan Azərbaycan vətəndaşları - A.Nizami və H.Surxay rüşvət əməliyyatı çərçivəsində baş tutan həbslərdən əvvəl qardaş ölkədə bir neçə il sahibkarlıq fəaliyyəti göstəriblər.

Məlumatda bildirilir ki, həmyerlilərimizin həbs olunmasına əsas səbəb kimi qanuni valyutadəyişmə məntəqəsindən kənar qeyri-qanuni pul dövriyyəsi xidməti təklif etmələridir. Belə ki, onlar azərbaycanlılara yaxşı tanış olan və daha çox Rusiyadakı soydaşlarımızın istifadə etdiyi cəmi 1 faiz xidmət müqabilində "əlbəəl pul köçürməsi" faktında ittiham edilirlər.

Qeyd edək ki, adətən bu cür pul köçürmələri xırda məbləği əhatə edir. Ona görə də qeyri-qanuni böyük pulköçürmə və korrupsiya istintaqında həmyerlilərimizin konkret hansı əməliyyatda suçlandığı müəmmalıdır və istintaq hələ də bu suala aydınlıq gətirmir.

Xatırladaq ki, azərbaycanlıların həbsi ilə bağlı məlumatda Türkiyədə kağız üzərində qurulmuş 3 xəyali şirkətdən - "Cihan Kiymetli Madenler", "Deniz Kiymetli Madenler" və "Kapital Kiymetli Madenler" – söhbət gedir. 2009-2012-ci illərdə Adəm G. və Vidadi B. tərəfindən qurulan bu şirkətlərin İran Millət Bankı vasitəsilə 87 milyard avro köçürülməsində yer aldığı, şirkətləri R.Zərrabın qurdurduğu və idarə etdiyi bildirilir.

Belə məqamda "Qapalı Çarşı" valyuta mübadilə məntəqəsində fəaliyyət göstərən A.Nizami və H.Surxayın bu böyük əməliyyatdakı rolu müzakirə mövzusudur.

Mənbənin bildirdiyinə görə, istintaqa cəlb olunan bu həmyerlilərimizin də daha çox İranla əlaqələri olduğu ittihamda yer alıb.

Tarix
2014.01.14 / 10:08
Müəllif
İlqar Vəliyev
Digər xəbərlər

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla