Yuxarı

“Gənclik”də tuneldəki qəza: səbəb vaxtsız yol təmiridir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Gənclik”də tuneldəki qəza: səbəb vaxtsız yol təmiridir?

“Gənclik” metrostansiyası yaxınlığındakı tuneldə baş verən qəza sosial şəbəkələrdə müzakirələr doğurub. Bəziləri bu qəzanın səbəbi kimi yolun bir hissəsinin təmirə bağlanmasını göstərirlər. Onların iddiasına görə, təmir üçün vaxt düzgün seçilməyib və qəza da buna görə olub.

Mövzu ilə bağlı Axar.az-a danışan nəqliyyat eksperti Eldəniz Cəfərov deyib ki, yol infrastrukturunda işlər sutkanın istənilən saatında aparıla bilər.

“Qanunvericilikdə xətlənmə işlərinin konkret hansı saatlarda görülməsi ilə bağlı hər hansı məhdudiyyət yoxdur. Əsas məsələ təhlükəsizliyin təmin edilməsidir”, - o bildirib.

Ekspert qeyd edib ki, tunellərdə baş verən qəzaların əsas səbəblərindən biri bəzi sürücülərin yol hərəkəti qaydalarını kobud şəkildə pozmasıdır:

“Şəhərdaxili yollarda maksimal sürət 60 km/saat olsa da, bəzi sürücülər tunelə daxil olanda sürəti 80-100 km/saata qədər artırır, qəfil manevrlər edir və qəza şəraiti yaradır. Tunellərdə qabarit işıqlarının yandırılması qanunla tələb olunur, amma əksər sürücülər buna əməl etmir. Həmçinin tuneldə ötmə əməliyyatı qadağandır, lakin biz bunun da tez-tez pozulduğunu görürük”.

E.Cəfərovun fikrincə, xüsusilə riskli tunellərdə əlavə təhlükəsizlik tədbirlərinə ehtiyac var:

“Tunellərdə işıqlandırma gücləndirilməli, xüsusi nişanlanma işləri aparılmalı və sürət həddinə nəzarət üçün radarlar quraşdırılmalıdır. Əgər qəzaların sayını azaltmaq istəyiriksə, bu tədbirlər təcili görülməlidir. Məsələn, Ziya Bünyadov prospektindəki tunel potensial qəza ocağıdır və orada tez-tez ağır hadisələr baş verir. İllərdir həmin ərazidə ciddi profilaktik tədbirlər görülmür”.

Tarix
2026.05.18 / 09:00
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla