Yuxarı

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) açılış mərasiminə həsr olunmuş mətbuat konfransında bildirib.

Komitə sədri qeyd edib ki, forumun ilk günündə ziyarətçilərin sayı 21 108 nəfər təşkil edib:

"Tədbir çərçivəsində dövlət qurumları, beynəlxalq təşkilatlar, şəhər administrasiyaları, akademik dairələr və özəl sektor liderlərini bir araya gətirən dinamik sərgi təşkil olunub. Ümumi sahəsi təxminən 35 min kvadratmetr olan sərgi məkanında 85 ölkədən 260 tərəfdaş təşkilat 122 stend və pavilyonda təmsil olunur".

A.Quliyevin sözlərinə görə, sərgidə 15 akademik və tədqiqat mərkəzi, 136 vətəndaş cəmiyyəti nümayəndəsi, 14-ü startap olmaqla 44 özəl sektor təmsilçisi, həmçinin dövlət qurumlarına məxsus 41 pavilyon, 10 dövlət şirkəti və 6 yerli/regional idarəetmə orqanı yer alıb.

Azərbaycanın sərgidəki iştirakına toxunan komitə sədri vurğulayıb: "Sərgi zonasında 1500 kvadratmetr sahədə yaradılan Azərbaycan pavilyonunda ölkəmizin şəhərsalma təcrübəsi, turizm potensialı, həmçinin Qarabağ və Şərqi Zəngəzur ərazilərində həyata keçirilən irimiqyaslı yenidənqurma layihələri nümayiş etdirilir”.

Tarix
2026.05.18 / 10:21
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Türkiyə Ordu Gününü belə qeyd etdi

Azərbaycan namizədi BMT-də Komitə üzvlüyünə seçildi

Bayramov Tayani ilə danışdı: Yaxın Şərqdə vəziyyət...

Ordumuzun təyinatı dəyişdi: artıq təkcə sərhədləri qorumur!

Leyen bu tarixdə Azərbaycana gəlir

Paşinyan: Azərbaycanla bağlı səhvə yol vermişəm!

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Elektron ticarətdə sui-istifadənin qarşısı belə alınacaq

Əliyev Berdiməhəmmədovla telefon danışığı apardı

Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır - Hacıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla