Yuxarı

Anlayın, Rusiyanın əlində Qərbə qarşı elə “silah” var ki...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Anlayın, Rusiyanın əlində Qərbə qarşı elə “silah” var ki...

Ukraynaya böyük miqdarda müasir silahlar verilməsə, məğlubiyyəti qaçılmazdır. Həmin silahlar isə verilmir, elan olunsa da, qəsdən yubadılır. Silah vermək əvəzinə Kiyevə səfər edən liderlərin hərəkəti ancaq ürək bulandırır. Onlar sadəcə xalqlarını aldatmaq, sifətlərini qorumaq istəyirlər.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Qüdrət Həsənquliyev Moderator.az-a müsahibəsində deyib.

“Putin Baydendən münaqişəyə müdaxilə etməyəcəyinə dair təminat almasaydı, heç vaxt Ukraynaya girməzdi. Rusiyanın böyük hərb maşınının qarşısında onların Ukraynaya göstərdiyi hərbi dəstək acı təbəssüm doğurur. Həmin silahlar Ukraynanın müdafiəsi üçün yetərli deyil, sadəcə, müharibəni uzanmasına və daha çox insanın həyatını itirməsinə səbəb olacaq”, - millət vəkili bildirib.

O, Napoleon və Hitlerə qarşı bütün Avropanın vuruşduğunu, Putinə qarşı isə Ukraynanın tək qaldığını deyib:

“2001-ci il 11 sentyabr terror hadisəsindən sonra bütün HATO ölkələri orta əsr Əfqanıstanına qoşun göndərmişdi, daha çox ABŞ-a yarınmaq üçün. Çünki ABŞ-ın buna ehtiyacı da yox idi. Həm də geri qalmış bir ölkəyə qalib gələcəklərinə əmin idilər. İndi Zelenskinin yalvarışlarına heç kim əhəmiyyət vermir. Qərb ölkələrinin siyasi elitasının böyük qismi həm Rusiyadan qidalanır, həm də qorxurlar, çoxu ilə bağlı Rusiyada ifşaedici məlumatlar var, bunu hər kəs anlamalıdır. Təəssüf ki, Zelenski təcrübəsizliyindən bunu anlamadı. BMT Nizamnaməsinə görə hər bir ölkə Ukrayna tərəfdən müharibəyə qoşula bilər”.

Tarix
2022.04.18 / 08:30
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın kifayət qədər çətin qonşuları var - Norman

Ermənistana 11 vaqon buğda və 4 vaqon arpa göndərildi

İrəvan Vardanyana görə üçüncü ölkəyə müraciət etdi

Səfirimiz etimadnaməsinin surətini Riveraya təqdim etdi

Prezident sərəncamı: 34 ölkə vətəndaşlarına vizasız rejim...

Kərki, Barxudarlı və Yuxarı Əskipara Ermənistanın deyil...

Yeni proqramda Qarabağ ideologiyası yoxdur - Paşinyan

Azərbaycan Mərkəzi Afrika Respublikasına başsağlığı verdi

Bakıda mühüm beynəlxalq konfrans keçiriləcək

Məşhur bloger narkotikə görə həbs olunub?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla