Yuxarı

Ordumuz düşmənə 130 zərbə endirdi - MN

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ordumuz düşmənə 130 zərbə endirdi - MN

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan, qumbaraatanlardan, iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 70 dəfə pozub.

Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Voskepar kəndində yerləşən mövqelərdən Qazax rayonunun Aşağı Əskipara kəndində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Göyarx, Ağdam rayonunun Sarıcalı, Kəngərli, Şıxlar, Mərzili, Cəvahirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Əbdürrəhmanlı, Aşağı Seyidəhmədli, Qorqan, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 130 atəş zərbəsi endirib.

Tarix
2015.09.08 / 09:25
Müəllif
Axar.az
Digər xəbərlər

BBC-nin Azərbaycandakı fəaliyyəti qeyri-qanunidir

Türkiyə nümayəndələri İrəvanda

Zəngəzurun açılmasını həyəcanla gözləyirəm - Ərdoğan

Ərdoğanın Gülüstan sarayında təbrik məktubu oxundu

Heydər Əliyev Mərkəzi Türkiyə bayrağına büründü

TRİPP xətti üzrə bağlantıların yaradılması üçün... - Əliyev

Bilal Ərdoğan Azərbaycanda

Ukraynadan daha 12 uşaq Azərbaycana gətirildi

KQB şinelindən çıxan müxalifətin casusluq macəraları...

İlham Əliyev Saqr Qobaşı qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla