Yuxarı

Nazirlik balansındakı evləri əlillərə niyə vermir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirlik balansındakı evləri əlillərə niyə vermir?

16 avqust 2021-ci ildə qərar verildi ki, qaçqın və məcburi köçkünlər üçün tikilən evlər şəhid ailələri, qazilər və Çernobil əlillərinə verilsin. Həmçinin gözdən əlillərin də evlə təmin olunması tapşırıldı. Bütün bunlar Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyinə keçdi.

Bu barədə Axar.az-a anadangəlmə gözdən əlil olan İlkin Amil oğlu İsmayılov deyib.

O bildirib ki, dekabr ayına qədər təxmini 300 nəfər gözdən əlil Ramana, Xocəsən, Məhəmmədi və Sumqayıtda evlə təmin olunub. Lakin dekabr ayından sonra bu proses dayandırılıb.

Evlə təmin olunmayan İ.İsmayılov məmurların bir-birinə zidd fikirlərindən şikayət edib:

“Biz ƏƏSMN və digər qurumlara getdik. Maraqlısı da odur ki, hər məmur başqa fikir bildirdi. Kimisi bu ilin sonuna qədər, kimi isə 2025-ci ilə qədər evlə təmin olunacağımızı bildirdi. Bizə konkret bir söz deyən yoxdur. Biz tələb edirik ki, qalan gözdən əlillər də evlə təmin olunsun. Mən kirayədə yaşayıram. Gözdən Əlillər Cəmiyyəti də bizə bir söz demir. Bizim məqsədimiz nazirin özü ilə görüşməkdir”, - İsmayılov deyib

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov bildirib ki, nazirlikdə bu problemlərin həlli istiqamətində işlər həyata keçirilir.

“Müraciət edən gözdən əlilliyi olan şəxslərin bir çoxuna birotaqlı mənzil düşür. Hazırda nazirliyin balansında birotaqlı mənzil olmadığına görə biz o təminatı həyata keçirə bilmirik. Bu baxımdan nazirliyin təşəbbüsü və hökumətin qərarı ilə qanunvericiliyə uyğun olaraq istifadəsiz qalan çoxotaqlı mənzillərin nazirlik tərəfindən satışı həyata keçiriləcək və satışdan əldə olunan gəlir məhz birotaqlı mənzil hüququ yaranmış gözdən əlilliyi olan şəxslərin mənzil təminatına yönəldiləcək. Bu istiqamətdə nazirik fəaliyyətini davam etdirir”, - F.Talıbov deyib.

Tarix
2022.06.18 / 08:30
Müəllif
Zaira Akifqızı
Digər xəbərlər

Laosla siyasi əlaqələr yüksək səviyyədə olsa da... - Deputat

İmaməli Rəhman Azərbaycana yola düşdü

Ərdoğan Bakıdakı tədbirə onu göndərir

Fransa XİN başçısının Azərbaycanı hədəf alması...

Vyetnamın vitse-prezidenti Azərbaycana gəldi

İranın "Səhər" kanalının dezinformasiyası ifşa edildi

Milli-mənəvi dəyərlər və tolerantlıq Azərbaycanın gücüdür

Lavrov sabah Bakıya səfər edəcək

Paşinyandan anklavlarla bağlı qəbuledilməz təklif

Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla