Yuxarı

Müdafiə yarıldı: ruslar tarixi məğlubiyyətlə üz-üzə - Başbuğ

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Müdafiə yarıldı: ruslar tarixi məğlubiyyətlə üz-üzə - Başbuğ

Rusiyanın Ukraynanın cənubundakı varlığı haqqında Mariupol üzərindən çox bəhs edilib. Ruslar Xarkova kimi uzanan dəhlizi tutmaq üçün Xersonu da işğal etdilər. Lakin ruslar nə etsələr də, yerli əhalini qazana bilmədilər. Xalq dirəndi və rus bayrağı asmağı rədd etdi, müqavimət göstərdi. Dolayısı ilə işğal edilməsinə baxmayaraq, Xerson bu müddət ərzində heç vaxt Rusiyanın olmadı.

Bu sözləri Axar.az-a Ukrayna ordusunun Xersonda Rusiyanın birinci müdafiə xəttini yarmasını şərh edən Türkiyənin terror və təhlükəsizlik məsələləri üzrə eksperti, istefada olan kəşfiyyat polkovniki Coşqun Başbuğ deyib.

Polkovnik Ukraynanın yarılma xəttini genişləndirməsi halında Rusiyanın məğlubiyyətlə üzləşəcəyini vurğulayıb:

“Krımla quru sərhədi olan Xersonda Ukraynanın rusların birinci müdafiə xəttini yarması ölkənin şərqində, xüsusilə Donbasda qüvvələr balansını tamamilə dəyişə bilər. Çünki Rusiyanın əsas hədəfi Xersonla Xarkov arasındakı dəhlizi bağlamaq və şərqdə qalan Ukrayna hərbi birləşmələrini məhv etməkdir. Əgər Xersonda Ukraynanın yardığı müdafiə xətti genişlənsə, ruslar döyüş meydanında ciddi şəkildə məğlubiyyətlə üzləşməli olacaq. Kiyev buna nail ola bilərmi? Ölkənin hazırki gücü bunun üçün kifayət etmir. Lakin Qərb vəd etdiyi dəstəyi versə, bu dəfə Rusiya şərqdə tarixi məğlubiyyət yaşaya bilər. Qeyd etdiyimiz amillərə görə, prosesin gedişatı haqqında qəti fikir söyləmək mümkün deyil. Gözləmək və hadisələrin inkişafını izləmək lazımdır”.

Tarix
2022.06.21 / 09:00
Müəllif
Söhrab İsmayıl
Digər xəbərlər

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? - Video

Azərbaycan Konsulluğunun önünə getmək xəyanətdir - Atay

Azərbaycanda bu kəndlərin adı dəyişdirildi - Rəsmi

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər

Prezident Qətər Əmiri ilə görüşdü - Foto

Prezident Hakan Fidanı qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla